9
istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks
etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi
prinsip, norma və baxışların məcmusudur.
Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. haqqında fəlsəfə
elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən ziddiyyətli,
mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və
cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş
görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial
qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini
müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü - obyektiv
dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə baxışlardır ki, onlar
insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və fəaliyyətini, sərvət meylini
əsaslandırır və istiqamətləndirir.
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və
hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi,
estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur.
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa düşmək
üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır.
Dostları ilə paylaş: