11
yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir. Hazırda
bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə fəal çıxış edən
din özünün çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasında məhəbbət,
xeyirxahlıq, dözümlülük, rəhmdillik,
əl tutmaq, vicdan, borc, ədalət və s. kimı bəşəri
hissələri tərbiyə edir.
Dinləri monoteist və politeist, ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif
qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə s.),
politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm və s.),
monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər.
Dini dünyagörüşü mürəkkəb struktura malikdir. Hər
bir dinin strukturuna bu
ünsürlər daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə;
dini ayinçilik
(kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icmalar,
birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və
prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur.
Dostları ilə paylaş: