Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. Fəlsəfə elmi haqqında ümumi anlayış



Yüklə 223,61 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix16.12.2023
ölçüsü223,61 Kb.
#181259
1   2   3   4   5   6   7   8   9   ...   18
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi (1)

Sual 1. Fəlsəfə elmi haqqında ümumi anlayış 
İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən 
biridir. Əvvələr o, 
«elmlər elmi»
adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif 
sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi 
forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən 
yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi 
cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan bu elm, təxminən iki min beş yüz il 
bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül 
tapmış, e.ə. VII – VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir. 
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri 
Pifaqo
r (e.ə.VI əsr) işlətmiş və özünü 
filosof
adlandırmışdır. 
«Fəlsəfə»
etimoloji baxımdan yunanca 
«phileo» – «sevirəm»
və 
«sopia» - «hikmət»
sözlərinin birləşməsindən əmələ gəlib, mənası isə 
«hikməti 
sevmək»
deməkdir. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mənasını anlamağın 
açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi 
Nəsrəddin Tusi
məşhur «Əxlaqi – 
Nasiri» əsərində hikmətin mənasını belə izah edir: «Mərifət sahibləri arasında hər şeyi 
olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı 
mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik 
adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim 
yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Müdriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda 
natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyatı və s. kamil bilən, onları başqalarına oyrədən 
müəllimlərə sofistlər (sofos-müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, 
kəmilliyə can atmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar 
diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin meyarı» hesab 
etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. 
Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.
Ən qədim fəlsəfə tarixinin müəllifi Layertli Diogen «Məşhur filosofların həyatı, 
təlimləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, ədalət, 
xeyirxahlıq haqqında fikirlərinin yunan filosflarına böyük təsir göstərdiyini qeyd 
etmişdir. Onu da göstərmək lazımdır ki, Pifaqoru birinci filosof hesab edən Diogen onun 
mağlardan elm öyrəndiyini dana bilməzdi, Bundan əlavə, Yunanıstanda yayılmış 
əfsanələrdən birində Fales ilk filosof hesab edilirsə, digərində birincilik Heraklitə aid 
edilirdi.
Avropa mədəniyyətində «Fəlsəfə» istilahının qərarlaşması və şərhi, əlbəttə, 
Platonun adı ilə bağlıdır.



Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə 
başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim olduğu qədər də 
mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir. Çünki fəlsəfə 
haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim gerçəkliyi özünəməxsus 
şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tarixində saysız–hesabsız 
məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sistemlər yaranmışdır.
Dünyaya, yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi kimi 
bir–birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng 
nümayəndələrinin zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını dərk etmək 
istəyənlərin yolunu işıqlandırmışdır. Fəlsəfi məktəblərin nümayəndələrini ən çox 
düşündürən varlıq təlimi, insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi alimlərin 
fikrincə, ictimai şüur forması kimi fəlsəfə təxminən eyni zamanda qədim sivilizasiyanın 
üç mərkəzində: 

Yüklə 223,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin