21
İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca
fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları
ilə isə
aksioloji
(«aksios» - yunanca dəyər, sərvət deməkdir)
fünksiyasını
həyata keçirir. Məhz bunlar
da
göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən
indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri,
ən ümumi qanun və
kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur.
Metodoloji
funksiya
cəhətdən
fəlsəfə,
dialektik
metod
prinsiplərinə
(ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana
təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu,
qayda və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və
cəmiyyət hadisələri
arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək
Dostları ilə paylaş: