14
insan və i.a. fəlsəfi dünyagörüşün əzəli və əbədi problemləridir. Elə bu mənada deyirlər
ki, ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfənin qayəsidir.
Fəlsəfi dünyagörüşü bu mənada intellektual-idraki məzmun daşıdığı kimi,
bəşəri
dəyərlərlə qovuşduğundan dərin mənəviyyat səciyyəsi də daşıyır. İnsan və dünya,
onların qarşılıqlı münasibəti ən böyük əzəli və əbədi fəlsəfi problemdir. Heç təsadüfi
deyildir ki, bütün fəlsəfi məktəb və cərəyanların mahiyyətində «dünya-insan
münasibətlərini» hansı mövqedən həll etməsi, insanın sosial-mənəvi mövqeyini və i.a.
necə izah etməsi məsələsi durur.
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun
ictimai-tarixi xarakter
daşıması təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da tarixən deyişkən
ictimai varlığın təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Hər bir mütəfəkkir,
yaşadığı tarixi şəraitin təsirindən çox çətin ki, xilas ola bilsin. Fəlsəfənin ictimai-tarixi
səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti əks etdirməsindən ibarətdir.
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm
də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi
olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq
fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi»,
«siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar və
istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və çalarlarını
əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniyyət amili
kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin elmiliyi
məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və fərqli cəhətlərinin
müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya
başqa dərəcədə dolğun in`ikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
c) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
ç) hər ikisi ictimai funksiyanı yerinə yetirərək
cəmiyyətin maddi yə mənəvi
dəyərlərinin (sərvətlərinin) inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a.
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ən başlıcası ümumiləşmiş dünyagörüşü
verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;
b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.)
fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkür inkişafının ən ümumi qanunlarını
öyrənir;
15
c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini təşkil
etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii elmi mənzərəsini müəyyən edən
konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq
etibarilə də bir-birindən
fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə
cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə
cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən
edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi
mənzərəsi və
onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur.
Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması
məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və
dünyagörüşü meylinə sahib olur.
Dostları ilə paylaş: