16
1.3.2. Tələbələr üçün fəaliyyətlər
“ Əmək hüququ” haqqında esse hazırlayın;
Əgər siz hər hansı bir İşyerində fəaliyyət göstərmək istəyirsinizsə, o zaman işçi kimi hansı
qanunları
bilməli olduğunuzu qeyd edin;
Rollu oyundan istifadə edərək “əmək hüququ”-nu necə
başa düşdüyünüzü nümayiş
etdirin;
Əmək hüququ və Əmək məcəlləsi ilə bağlı müzakirələr təşkil edin;
Aşağıdakı şəklə münasibət bildirin. Siz burada “Qaynaqçı” ixtisası üzrə 3 bilik, 3 bacarıq, 3
yanaşma
nümunəsini göstərin;
“Əmək Məcəlləsi” ilə bağlı təqdimat hazırlayın;
Azərbaycan dövlətinin “əmək qanunu” ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında
diskussiya təşkil edin;
Valideynlərinizdən İşyerində hansı qanunları tətbiq etdiyini soruşun.
Qeydlər apararaq
sinifdə müzakirələr təşkil edin;
“Əmək hüququ”na dair məktəbdə anket sorğusu təşkil edin.
Bu anketi tələbələrə
hazırlamağı tapşırın.
1.3.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“Azərbaycanda bir işçi vətəndaş kimi özünə müvafiq olan qanunları nəzərdən keçirir”
Əmək dedikdə nə başa düşürsünüz?
Vergi anlayışının mahiyyətini izah edin.
Sığorta haqqında qanunun əhəmiyyətini şərh edin.
Əmək Məcəlləsindən irəli gələn öhdəlikləri sadalayın.
Əmək qanunvericiliyinə aid 3 nümunə göstərin.
Əmək Məcəlləsi ilə bağlı 3 nümunə göstərin.
Əməyin mühafizəsinə aid 3 nümunə göstərin.
Bir işçi vətəndaş kimi bilməli olduğu qanunları sadalayın.
17
Əmək Məcəlləsinin Mülki Məcəllədən fərqini izah edin.
İşlə bağlı hansı qanunları daha vacib hesab edirsiniz?
Əmək Məcəlləsinin mahiyyətini şərh edin.
1.4.1. Azərbaycanlı işçi kimi hüquqlarını təhlil edir
Dostları ilə paylaş: