Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“ Dövlət müəssisələrinin əsas xarakterik xüsusiyyətlərini təhlil edir



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)


Dövlət müəssisələrinin əsas xarakterik xüsusiyyətlərini təhlil edir.
 

Dövlət müəssisəsi nədir? 

Hansı dövlət müəssisələrini tanııyırsınız? 

Dövlət müəssisəsində işə qəbul prosesini açıqlaya bilərsinizmi? 

Dövlət müəssisəsində əsas etik davranış qaydaları hansılardır? 

Hansı müəssisənin etik davranışqaydaları haqqında məlumatınız var? 
2.3.1. Özəl müəssisələrin əsas xarakterik xüsusiyyətlərini təhlil edir

Özəl müəssisələr haqqında niyə məlumatlı olmalıyıq? 
Ötən dərslərdə dövlət müəssisəsi haqqında məlumat aldıq. Bəs niyə özəl 
müəssisədən də xəbərimiz olmasın? Geniş iş imkanlarına malik, bir çox sahəni əhatə 
edən ayrı-ayrı özəl müəssisələri tanımaq gələcəkdə iş imkanlarımızı qazanmaq üçün 
bizə kömək edəcəkdir.
 

Özəl müəssisə nədir? 
 
Mənfəət əldə etmək və insanlara xidmət etmək məqsədilə istehsal edən və satan quruma 
müəssisə dedik. Özəl müəssisə dedikdə, fərdlər, ortaqlar tərəfindən təşkil olunan müəssisələri 
nəzərdə tuta bilərik. 
Müəssisənin təşkilati-hüquqi formalarına üzrə bolgüsünə görə: 
Fərdi müəssisə - bir şəxsə aid olub və onun tərəfindən idarə olunan müəssisədir. Fərdi sahibkar 
müəssisənin öhdəliklərinə görə özünün bütün əmlakı ilə cavabdehlik daşıyır. Bu cür müəssisələrin 
üstünlüyü asan idarə olunmasındadır. Çatışmayan cəhəti müəssisəyə əlavə
kapitalın cəlb edilməsi


27 
imkanlarının az olmasıdır. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə 
məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi 
müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının 
qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 
Şərikli (ortaqlıq) müəssisə - ən azı iki fiziki və ya hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis 
edilir. Fərdi müəssisələrdən bir fərqi vardır ki, o da müəssisənin ortağının olmasıdır. Müəssisənin 
şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. 
Ortaqlıq müəssisələrinin iki forması ola bilər: tam ortaqlıq və komandit ortaqlıq. 
Tam ortaqlı müəssisə - ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) 
nizamnaməyə müvafiq sürətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın 
öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.
Komandit ortaqlıq müəssisə- elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini 
həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) 
ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan 
və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçı – maya qoyanı 
(kommandıtçı) vardır. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin