Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Dövlət müəssisələrində etik davranış qaydaları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

Dövlət müəssisələrində etik davranış qaydaları 
 
Hərbir müəssisə öz işinin səmərəlilik və şəffaflığını artırmaq, gözlənilən davranış qaydalarına əməl 
etmək, etik kodeskin əsaslarına əməl etmək məqsədilə Etik Davranış Kodeksi qəbul edir. Hər bir dövlət 
müəssisəsinin qanuna uyğun şəkildə hazırlayıb, əməl edəcəyi Etik DavranışQaydaları mövcüddür. Bir 
sıra dövlət müəssisəsinin etik kodeksi ilə onların rəsmi internet səhifəsində tanış ola bilərsiniz. 
Ümumilikdə götürsək, etik davranışqaydaları aşağıdakı müddəaları əsas götürür: 

Vicdanlı Davranış; 

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması; 

Sədaqət; 

Ictimai etimad; 
Müşahidə şurasının sədri 
Baş Direktor
Strateji Planlaşdırma və 
inkişaf məsələləri üzrə 
Baş direktorun müavini 
İnsan
resursları
departamenti
Maliyyə məsələləri üzrə 
Baş direktorun müavini 
Digər korporativ 
xidmətlər üzrə Baş 
direktorun müavini 


26 

Insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət

Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət; 

Mədəni davranış; 

Əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi; 

Qərəzsizlik; 

Korrupsiyanın qarşısının alınması və s.
2.2.2. Tələbələr üçün fəaliyyətlər

Müvafiq qruplara bölünün. Dövlət müəssisəsi anlayışı haqqında qrup şəklində təqdimat 
hazırlayın. Daha sonra hər bir qrup xatırlaya bildikləri dövlət müəssisələrinin adını, icra 
etdikləri işlərlə birgə sadalasın; 

Valideyinlərinizin və ya tanışlarınızın hansı dövlət müəssisəsində çalışdıqlarını öyrənin, 
müəssisə haqqında dolğun məlumat toplayın və daha sonra dərsdə öz müəssisəniz kimi 
təqdimatını keçirin; 

“İşdə bir günüm” mövzusunda rol oyunu təşkil edərək, “Mədəni davranış” etik 
davranışına uyğun səhnə təşkil edin

Hər qrup ixtiyari seçdiyi hərhansı bir dövlət müəssisəsinə təqdim etmək üçün 
Tərcümeyi-hal hazırlasın, təqdimatını etsin. Digər qruplar hazırlanan Tərcümeyi-halları 
qiymətləndirsin; 

Hərhansı bir dövlət müəssisəsinin etik davranışqaydalarını axtarın və daha sonra dərsdə 
müqayisəli təhlil aparın. Yəni araşdırılan etik davranış normalarını bir-birilə müqayisə 
edin. Etik davranış normalarında ən çox diqqət yetirilən bölmələri qeyd edin. 
2.2.3. Qiymətləndirmə
 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin