Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Müəssisə anlayışının qısa tarixçəsi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

Müəssisə anlayışının qısa tarixçəsi
 
Müəssisə anlayışının kökləri Qədim Yunanıstan və Finikiyalılara kimi gedib çıxır. O zamanlar 
ticarətçilər dənizboyu ticarətdə tərəfdaşlıq naminə istifadə etmək üçün qayıqlar düzəltdirir və istifadə 
edirdilər. Lakin bu tərəfdaşlığın qayda-qanuna bağlanması və hazırki İşhəyatındakı öz yerini alması 
uzun illər ərzində baş vermişdir. Belə ki, XV əsrdə İngiltərədə “məhdud məsuliyyətlilik” anlayışının əsası 
qoyulmuşdur. Daha sonralar “Şərqi Hind Qruppası”, “Hudzon Körfəzi Qruppası” kimi ticarət 
kompaniyaları quruldu.

Müəssisələrin növləri hansılardır? 
“Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa 
uyğun olaraq dövlət, kollektiv, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri 
fəaliyyət göstərə bilər. 
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır: 
1.
Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir; 


22 
2.
Ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir; 
3.
Nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur; 
4.
Nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar; 
5.
Sığorta müəssisələri - əmlakın və yüklərin sığortalanması ilə məşğul olur


Müəssisələrin təşkilati-hüquqi formaları hansılardır? 
 
Müəssisələr dövlət müəssisəsi, fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli, məhdud 
məsuliyyətli müəssisələr və səhmdar cəmiyyəti kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.  
Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır: 
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan 
müəssisələrdir.
Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmİşmüəssisələrin fəaliyyətinin 
əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və 
beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və 
başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik 
təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir.
Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər: 

Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis 
edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə 
məsuliyyət daşıyırlar. 

Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və 
payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. 

Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, 
Nizamnamədə müəyyən edilmİşhəcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. 
Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində 
məsuliyyət daşıyırlar. 

Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm 
(pay qiymətli kağız) buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi 
əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis 
edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin 
verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak 
öhdəliklərinə görə məsuliyyət daşıyır. 

Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra 
müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin 
müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. 
Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi genİşyayılmışdır. 

Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının 
nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların 
məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir. 

Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları 
tərəfindən tənzimlənir.

Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq 
olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola 
bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər 
filiallar fəaliyyət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini 
yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) 
buraxa bilərlər. 
Formal və qeyri – formal təşkilatlar da mövcuddur. 


23 

Formal təşkilatlar - rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, 
blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir. 

Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir 
problemin aradan qaldırılması məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan 
qruplar və ya təşkilatlardır. 
2.1.2. Tələbələr üçün fəaliyyətlər 

Əvvəlcə müəssisə haqqında öz tərifinizi yazın. Müəssisə haqqında dediyiniz tərifi qrupda 
təqdim edin. Daha sonra auditoriyanı hər qrupda 4-5 tələbə olmaqla qruplara bölün və 
hər qrupa müəssisənin tərifini yazmasını, digər qruplara təqdim etmək məqsədilə 3 sual 
hazırlamasını istəyin. Hazırlanan tərifləri onlardan toplayın və qrupların tərifi təqdim 
etməsi zamanı bir-birlərinə sual ünvanlamasını müşahidə edin; 

Müəssisələrin növlərinə uyğun qruplar təsis edin. Hər qrupa bir müəssisə formasının 
adını verin. MMC, ASC, QSC, Konsern, Kooperativ müəssisə və s. Adını daşıdığınız 
müəssisə formasına uyğun misallar yazın; 

Valideyinlərinizdən və digər şəxslərdən hansı müəssisələrdə fəaliyyət göstərdiklərini 
soruşun. Həmin müəssisələrin hansı formaya aid olduğunu tapın və sinfə təqdim edin. 
2.1.3. Qiymətləndirmə
 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin