32
Təlim nəticəsi 3: Kariyerasının məqsədlərini müəyyən etməyi, müasir İşaxtarma və müraciət
üsullarından istifadə etməyi bacarır
3.1.1. Kariyera anlayışının mənasını izah edir
Kariyera anlayışı haqqında niyə məlumatlı olmalıyıq?
Təhsil almağımızda, müəyyən bir sənətin mütəxəssisi olmağımızda
ən əsas
məqsədlərimizdən biri uğurlu kariyera qurmaqdır. “Kariyera quracam”, “Filan şəxsin
uğurlu kariyerası var” ifadələrindəki kariyeranın məna etibariylə
nə ifadə etdiyini
bilmək maraqlı olarmı?
Şəkil 3.1. Kariyeraya gedən yollar
Kariyera nədir?
Kariyera – işçinin İşhəyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Ənənəvi metodda,
kariyera qavramı təkcə peşəkar işçilər və müdiriyyət üçün keçərli olsa da,
müasir dövrdə bütün işçilər
üçün əsas amillərdən sayılır. Belə ki, ənənəvi metodda kariyera anlayışı təkcə yüksək vəzifəli şəxslərin
yeni vəzifələrə qalxması, layihələrdə vəzifə verilməsi və buna bənzər dəyişiklikləri əhatə edirdi.
Müasir dövrdə isə artıq müəssisələr peşəkar kariyera anlayışı üzərində durmaqla işçilərini bu
istiqamətdə motivasiya edirlər. Burada əsas məsuliyyət təşkilatın üzərinə düşür, ancaq İşgörənlərin də
kariyerasının formalaşması və inkişafında xüsusi məsuliyyətləri var. Kariyera – İşhəyatımızın hər
mərhələsində pilləkən olaraq qarşımıza çıxacaqdır.
Kariyeranın mərhələləri
İşçilər İşhəyatı boyunca dörd əsas kariyera mərhələsindən keçirlər.
Hər mərhələdə qalma
müddəti şəxsdən-şəxsə dəyişir, eyni zamanda hər mərhələdə gözlənti və ehtiyaclar da müxtəlif olur.
İndi isə dörd mərhələrə nəzər yetirək:
Formalaşma mərhələsi – kariyeranın ilk mərhələsidir. Şəxs bu mərhələdə təhlükəsizlik ehtiyaclarına
diqqət yetirir. Xüsusilə, müdriyyətdən bu mövzuda dəstək gözləyirlər.
Rəhbərliyin yönləndirici
qismində işçiyə dəstək olması çox vacibdir. Rəhbərindən dəstək alan işçi bu mərhələylə birlikdə
kariyerasına ilk addımı atmış olur.
İnkişaf mərhələsi - bu mərhələ həm eyni təşkilatın daxilində, həm də təşkilatlar arasında bir işdən
digərinə keçmə prosesidir. Beləlikə, fərd özünü daha çox sübut etmək fikrindədir.
33
Davam etdirmə mərhələsi – şəxsin inkişafının sərhədlərinə gələrək gördüyü işə fokuslandığı
mərhələdir. Yəni işçi bir tərəfdən içində olduğu vəziyyətə hakimdir, digər yandan da yaradıcılığını
fərqli yönlərdə inkişaf etdirməyə başlayır. Şəxsin bu mərhələdə ən böyük ehtiyacı hörmətdir.
Kariyerasında yetərli şəkildə irəliləyə bilməyən şəxs bir sıra fiziki və psixoloji narahatlıqlar keçirməyə
başlayır.
Geri çəkilmə mərhələsi – şəxs artıq kariyerasını tamamlamışdır. Peşəkar həyatı
boyunca etmək
istədiyi, lakin vaxt ayıra bilmədiyi işlərə yönələrək psixoloji doyum əldə edir. Qısa şəkildə desək, bu
mərhələ şəxs üçün dincəlmə mərhələsidir.
Kariyeranın inkişafında şəxsin kariyera keçidləri əsasən iki formada baş verir:
Planlı keçid – daha üst və ya rəhbər vəzifəyə yüksəlmək üçün işçilər bir neçə ay içində yeni işə təyin
olacaqlarını bilirlərsə və bunun üçün kariyera planı hazırlayıblarsa, bu planlı keçid sayılır. Yəni şəxs
bu dəyişikliyin fərqindədir və bu, ona surpriz olmayacaq. Planlı
keçiddə işçinin də istək və
düşüncələri əsas alınır.
Plansız keçid – ölüm, gözlənilməyən istefa, işdən çıxarılma müəssisənin
digər müəssisə ilə ani
şəkildə birləşdirilməsi gözlənilmədən işçinin yeni vəzifəyə keçidinə səbəb ola bilər. Bu hadisə işçi
üçün gözlənilməzdir, bu baxımdan o, bu işə hazır ola da bilər, olmaya da bilər. Əgər işçi hələ bu
vəzifəyə hazır deyilsə, stres və gərginliyin yaranmasına səbəb olacaqdır.
Kariyeranın növləri isə aşağıdakı kimidir:
Peşəkar kariyera – seçilmiş peşə üzrə inkişaf, yüksəlmə.
Şirkətdaxili kariyera – işçinin şirkətdə hərəkət trayektoriyasıdır:
Şaquli kariyera – vəzifə yüksəlişi;
Üfüqi kariyera-şirkətdaxili yüksəliş, məsələn eyni iyerarxiyaya aid müxtəlif strukturlarda çalışmaq;
Mərkəzəqaçan kariyera- şirkətin nüvəsinə, şirkətin rəhbərliyinə yönəldilmİşkariyera.
Dostları ilə paylaş: