45
3.4.1. Peşəkar inkişafın üsul və mərhələlərini tətbiq edir
Peşəkar inkişaf nədir?
Peşəkar inkişaf işçinin potensiyal kariyera dəyişimi və irəliləməsini əsas
götürən sistemli şəkildə təşkil olunmuş inkişaf prosesidir. Peşəkar inkişafda bir sıra
ünsürlər rol oynayır. Rəhbərliyin cəhdləri, ünsiyyət, diqqətli planlaşdırma, təhsil və
inkişaf, daxili vəzifə artımı siyasəti, rəhbərliyin təlimi və s.
Müəssisələr və işçilər peşəkar inkişafda bir-birləriylə qarşılıqlı əməkdaşlıq içindədirlər. Burada
işçilərin üstünə düşən əsas məsuliyyət bacarıq və potensiallarının nə olduğu və özlərinə hansı yeni
öhdəliklər qazandırdığıdır. Hərbir işçi üçün
müəssisənin üstünə düşən ən böyük vəzifə şəxsə iş
bacarığı haqqında düzgün məlumatı bildirməkdir.
Hər işçi öz peşəkar inkişafının məsuliyyətini daşıyır.
Daha sonra isə müəssisənin dəstəyi gözlənilir. Şəxs
kariyerası boyunca davam edən və məqsədlərinə
çatmaq üçün nəzərə aldığı bütün fəaliyyət və
proqramların məsuliyyətini daşıyır.
Şəxs üçün peşəkar inkişaf özünün gələcəyini,
kariyera planlarını həyata keçirməsinə şərait
yaradacaq şəkildə motivasiya formalaşdırmaqdır.
Müəssisə baxımından isə işçinin İşdoyumu və
təşkilata
sədaqətiylə
yanaşı,
bacarıqlarının
zənginləşməsinə şərait yaradaraq, şəxs üstündə müvəffəqiyyəti və səmərəliliiyi artırmaqdır. Peşəkar
inkişafa şərait yaradan müəssisə, həm də işçinin başqa müəssisəyə qaçışının qabağını alır. Peşəkar
inkişafda şəxsin üstünə düşən əsas məsuliyyətləri aşağıdakı şəkildə göstərə bilərik:
Kariyera planlaşdırmasında aktiv olmaq
Peşə inkişaf proqramlarında iştirak etmək
Ehtiyaclarını, dəyərlərini və şəxsi hədəflərini təyin etmək
Müəssisənin imkanlarından faydalanmaq
Yeni fürsətlər yaratmaq
Müəssisənin üzərinə düşən məsuliyyətlərə də nəzər yetirək:
İşçilərin peşə ehtiyaclarını düzgün şəkildə təyin etmək
Müəssisənin fürsətlərini peşə ehtiyaclarına uyğunlaşdırmaq
Daxili vəzifə artımı siyasətini həyata keçirmək
İşçilərə kariyera məsləhəti xidməti göstərmək
İş görənlərə təhsil imkanları verərək, cəhdlərini qiymətləndirmək.
Peşəkar inkişaf hərbir şəxsin ən böyük hədəflərini təyin etmək və işdəki kariyerasıyla yanaşı
təşkilatdan kənardakı həyatındakı yaşam tərzini də əhatə etməkdədir. Müəssisə və şəxsi kariyera
inkişafı bir-birilə uyğunlaşdığı təqdirdə işdən ayrılmalar da azalaraq, işçinin müəssisəyə bağlılığı və
səmərəliliyi artacaqdır.
Dostları ilə paylaş: