Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


“Kariyera məqsədlərinin müəyyən edilməsi yollarını araşdırır”



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

“Kariyera məqsədlərinin müəyyən edilməsi yollarını araşdırır” 

Şəxsi baxış strategiyası nədir? 

Şəxsi baxış strategiyasının kariyera məqsədlərini təyin edilməsinə nə kimi əhəmiyyəti 
var? 

Daniyel Levinson modeli nədir? 

Şəxsin özünü dəyərləndirməsində hansı mərhələr vardır? 

Kariyera məqsədlərinin müəyyənləşdirilməsində əsas addımlar hansılardır? 


40 
3.3.1. Müasir İşaxtarma və müraciət üsullarından istifadə edir

Müasir İşaxtarma üsullarını bilmək niyə lazımlıdır? 
Kariyeramıza başlamaq üçün atacağımız ilk addımlardan biri özümüzə İşyerləri 
araşdırmaq və uyğun işlərdə çalışmaqdır. Dövrümüzdə müəssisələrin çoxluğu 
müxtəlif İşimkanları versə də, İşaxtarma və işə müraciət üsulunu bilməyən bir çox 
gəncimiz İştapmada müxtəlif problemlər yaşayır. Siz bu mövzuda müasir İşaxtarma üsullarını, CV 
yazmaq, müsahibənin şərtləri və hər iki mərhələdən necə uğurla keçə bilərik, bunu yollarını 
öyrənəcəksiniz. Oxuduqca şahid olacağıq ki, bizə bu yolda bələdçilik edəcək əsas resursumuz 
internetdir. Bu baxımdan istər CV örnəkləri, istərsə də müsahibə mərhələri haqqında dəyərli 
məlumatları internetdən əldə edə bilərsiniz.

Müasir İşaxtarma üsulları 
Günümüzdə İşimkanları da çoxdur, İşaxtaranlar da. Təhsilini başa vurmuş hərbir şəxsin 
kariyeradan öncə ilk hədəfi özünə İştapmaqdır. Müasir İşaxtarma üsulları dedikdə nə anlayırıq, bunun 
texnikası nədir ilk öncə bu haqda öyrənək: 

İşi harada axtaracağınızı təyin edin 
Sizin üçün ən münasib İşaxtarma üsulu və mənbəyi haradırsa, onları təyin edərək siyahı halına salın. 
Məsələn, işi qəzet elanları vasitəsilə axtaracaqsınızsa, həmin qəzetin çıxdığı günləri izləyin, 
İşaxtaracağınız ünvan vakansiyaların olduğu internet resursudursa, o zaman mütəmadi olaraq həmin 
ünvanları ziyarət edin. Burada ən önəmli məqam işi axtaracağınız mənbənin leqal olmasıdır. 

Təsirli CV hazırlayın 
Mümkündürsə, müraciət edəcəyiniz hər vəzifə üçün ayrı-ayrılıqda təsirli CV yazmağınızdır. Belə ki, satış 
təmsilçiliyi və ya mühasibatlıq sahəsinə müraciət edirsinizsə hər iki vəzifəyə eyni CV forması ilə 
etməyin. Əslində ölkəmizdə ən çox yayılmış CV forması şəxsin xoronoliji şəkildə CV hazırlamasıdır. 

Mütəxəssislərdən və ya təcrübəli şəxslərdən məsləhət alın
Müraciət edəcəyiniz vəzifəylə əlaqədar olaraq bu sahədə çalışmış mütəxəssislərdən və digər təcrübəli 
şəxslərdən məsləhətlər alın. Lakin bu məsləhətlərin sizi mənfi inanışlarla gətirməsinə izin verməyin. 
Sizə əsas lazım olan bu vəzifədən ümumi olaraq sizi nə gözlədiyi, gələcəkdə kariyera hədəfinizə nə 
dərəcədə kömək etməsidir. Unutmayın ki, hər fərd fərqlidir.

Müsahibələr və mənfi rəylər sizi həvəsdən salmasın
Həddən artıq çox müsahibədə iştirak etdiniz, amma müsbət rəy almadınız. Bu sizi ruhdan salmasın. 
Hər müsahibənin sizi daha təcrübəli etdiyini, sizə yeni müsahibə vərdişləri qazandırdığını, 
həyəcanınızın azalıb, idarəetmənizin daha da gücləndiyini unutmayın. Əgər həqiqətən bir vəzifəni 
istəyirsinizsə, o zaman bunda israrcı olun. 

Müsahibəyə hazırlıqlı gedin 
Əgər müsahibəyə çağırılmısınızsa, həm geyim olaraq diqqətli olmağa çalışın, həm də müraciət etdiyiniz 
vəzifə və çağırıldığınız şirkət haqqında tam məlumatlı olun. Seçəcəyiniz sadə və eyni zamanda ciddi 
geyim işinizə yaraya bilər. həddən artıq istifadə edilmİşparfüm, ya da makiyaj sizin üçün əks nəticələr 


41 
doğura bilər. Ən əsası isə, müsahibəyə getmədən öncə sizə verilə biləcək sualları araşdıraraq, evdə 
səsli şəkildə məşqlər edin.

Nə olursa, olsun səbirli olun 
İşə müraciət və eyni zamanda müsahibəyə çağırılma zamanı bir sıra xoşagəlməz hadisələrlə qarşılaşa 
bilərsiniz. Məsələn, sizə deyilən vaxtdan gec başlaya bilərlər, ya da baş vermİşhərhansı bir hadisə 
əsəblərinizə toxuna bilər. bu zaman siz səbirli olmağa çalışın. Çünki digər davranış sizə heçbirşey 
qazandırmadığı kimi, gələcək İşfəaliyyətinizdə əngəl olaraq qarşınıza çıxa bilər.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin