39
Şəxs kariyera məqsədlərini təyin edərkən ən əvvəl uzunmüddətli hədəflərini təyin etməli,
hədəflərinin təşkilatın hədəfləriylə müqayisə etməli, məsuliyyəti tam dərk etmək məcburiyyətindədir.
Kariyera məqsədlərinin təyin olunmasında əsas addımlar aşağıdakılardır:
a)
Hədəfləri yeniləmək və təkrar təyin etmək – bu mərhələdə şəxs rəhbərlikdən, məsləhətçilərdən və
ya İşyoldaşlarından kömək alır. Xüsusən, müəssisədə özündən daha çox təcrübəsi olan birindən
alacağı məsləhətlər mümkün olan kariyera inkişaf yollarını və imkanlarını təyin etmədə faydalıdır.
Əsas alınan hədəflər uzunmüddəti əhatə etməlidir. Mövcud hədəflərə çatmaq mümkünsüz
olmamalıdır.
b)
Nəticəyə çatmaq – nəticələrin necə əldə edilməsi nəticənin özü qədər vacibdir. Bu səbəbdən daimi
inkişaf naminə qısamüddətli nəticələrə yönəlmək doğru addım sayılmır.
c)
Bugünü həll et, gələcəyi özünə burax – şəxs prioritetlərini əsas götürməli, eyni zamanda rəhbərliyin
ehtiyaclarıyla maraqlanmalı, departamentin öhdəliklərinə laqeyd yanaşmamalıdır. Gələcəkdə
çatmaq istədiyi hədəfləri üçün hazırki işlərə məsuliyyətsizlik göstərməməlidir.
d)
Plan, qərar və bacarıq inkişaf etdirmə üsulları – planlı yaşamaq, planlarınızla hərəkət etmək,
qərarlarınızı planlarınıza əsasən qurmaq və ünsiyyət bacarıqlarınızı bu yöndə inkişaf etdirmək
məcburiyyətindəsiniz.
e)
Dəyişiklikləri idarə etməyi öyrənin
f)
Planlarınızı həyata keçirin
g)
Zamanınızı düzgün idarə edin – zamanı idarə etmənin açarı fəaliyyətdir. Yalnış işləri səmərəli şəkildə
etməkdənsə, düzgün işləri səmərəsiz də olsa etmək vacibdir. Zamanı düzgün idarə etmək üçün:
1.
Qısa zamanları idarə etmək üçün məşqlər edin.
2.
Günün əm məhsuldar saatlarını ən lazımlı işlərə sərf edin.
3.
Zamanınızı alacaq hərşeydən uzaq olun.
4.
Çətin qərarları bacardığınız qədər tez verin.
5.
Çətin problemləri həll etmək üçün nə lazmdırsa edin.
6.
Planınıza bağlı qalın. Beləcə, zamanınız ən vacib işlərin həyata keçməsi üçün istifadə olunacaqdır.
7.
Əylənin! – bütün bu mərhələrdən sonra yorğunluğunuzu çıxarmaq üçün əylənin.
3.2.2. Tələbələr üçün fəaliyyətlər
“Bundan 5 il sonra harada olacağam?” sualına fərdi şəkildə cavab verin;
Güclü və zəif yönlərinizi analiz edin və işinizdə sizə nə kimi qazanc, yaxud maneələr
gətirəcəyini analiz edin;
Hazırki ixtisasınızı niyə seçdiyinizi səbəbləri ilə birgə izah edin;
Seçdiyiniz ixtisas üçün ən böyük kariyera hədəfiniz nədir?
3.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: