37
viziyanı əhatəli olaraq belə ifadə edə bilərik: mövcud həqiqətlər, ümidlər, xəyallar, təhlükə və
fürsətlərin bir yerə toplanması ilə meydana gələn, gələcəyin tərifi üçün bilinməyənə doğru bir baxışdır.
Şəxsi baxış strategiyasının təməl ünsürləri kimi insanın prinsipi, dəyərləri, missiya və hədəflərini
göstərmək olar. Bu baxımdan şəxsi strategiyanı formalaşdırma və həyata keçirmə mərhələləri
aşağıdakı kimidir:
Gözləntilərin aşkarlanması;
Prinsip və dəyərlərin təyin edilməsi;
Missiya ifadəsinin ortaya qoyulması;
Hədəflərin seçilməsi;
Qeyd: Missiya bir şəxs və ya cəmiyyətin üstünə götürdüyü xüsusi vəzifə deməkdir.
Indi isə şəxsi baxış strategiyası haqqında danışaq. Deyək ki, hal-hazırda 20 yaşınız var. Bundan
əlli il sonra, 70 yaşına gəldiyinzdə nələri etmİşolmaq istərdiniz? Bu və buna bənzər sualların cavabı
bizdə şəxsi baxış strategiyasının formalaşmasına gətirib çıxarır. Şəxsi baxış strategiyası bizə şəxsi
hədəflərimizi qazandırır. Bu hədəflərə çatmaq üçün izləyəcəyimiz yol, yəni prinsip və dəyərlər bu
strategiyanın bir parçasıdır. Şəxsi baxış strategiyası dedikdə həyatımızın sonrakı mərhələlərində hansı
mövqelərdə olmaq istədiyimizi, bunun üçün hədəflərimiz və hədəfə çatmaq üçün izlədiyimiz prinsip
və dəyərlər nəzərdə tutulur.
Həyat fəlsəfəsi ilə şəxsi baxış strategiyası bir-birilə qarşılıqlı əlaqəlidir. Həyat fəlsəfəmiz hazırki
düşüncə biçimimiz olaraq şəxsi viziyamızın təyin olunmasında etdiyimiz fəaliyyətləri də əhatə edir.
Şəxsi viziyası olmayan şəxslərin sağlam kariyera məqsədləri təyin etməsi də çətindir.
Dostları ilə paylaş: