31
edilmİşolması deyil, həm də işlərin uğurlu olmasıdır. Özəl müəssisə idarəçilərinin də müvəfəqiyyət
kriteriyaları bəlli olur. Müəssisənin sahibi və ya tərəfdaşlarının istəklərinin yerinə yetirilməsi
müəssisənin idarə edən üçün əsas amillərdəndir. Özəl müəssisənin işləmə prinsiplərinə nəzər
yetirildikdə aşağıdakı xüsusiyyətlər diqqət çəkir:
Özəl müəssisənin adət-ənənəsi, müəssisə sahiblərindən asılıdır;
Özəl müəssisədə uğur qazana bilməyən idarəçilər üçün bir sıra tədbirlər həyata keçirilir. İdarəçinin
işini itirmə ehtimalı olduqca yüksəkdir;
Özəl müəssisədə İşqrafiki rəqabətə dayalı olduğu üçün nisbətən ağırdır və dəyişkəndir. Buna
uyğunlaşmaq üçün idarəçilərin dinamik olması əsas şərtdir;
Özəl müəssisə üçün zaman qavramı olduqca vacibdir. Çünki rəqabət şərtləri vaxtın səmərəli
istifadəsini zəruri edir;
Özəl müəssisə idarəçiləri risk almağa daha çox meyillidirlər. Bunun da əsas səbəbi uğur qazanma
məsuliyyətini daha çox hiss etmələridir.
Özəl müəssisələrin xarici mühitləri dövlət müəssisələrinə nisbətən dəyişkəndir və açıq sistemin
zərurəti özəl müəssisə idarəçiləri tərəfindən daha çox mənimsənilir;
Özəl müəssisənin ətraf-mühiti dərk etmə forması ilə dövlət müəssisə arasında fərq vardır. Çünki
özəl müəssisə sırf rəqabətə əsaslanır;
2.4.2. Tələbələr üçün fəaliyyətlər
Bir qrup dövlət və özəl müəssisələrinin fərqli cəhətlərini qeyd etsin. Digər qrup isə oxşar
cəhətlərini qeyd etsin. Daha sonra qruplar yer dəyişdirsin. Daha sonra təqdimat edilsin;
Bir qrup seçdiyini dövlət müəssisəsinin əsas məqsədlərini ayırd etsin, digər qrup isə
seçdiyi hərhansı bir özəl müəssisənin məqsədlərini ayırd etsin (Göstərdiyi xidmətlər,
idarəetməsi və s. ) daha sonra qrup kapitanları vasitəsilə onları müqayisəli şəkildə təhlil
edin;
ASAN Xidmətin ümumi İşprinsipi haqqında məlumat toplayın və hər qrup ASAN
Xidmətdə təqdim edilən xidmətlərin biri haqqında təqdimat hazırlayın;
Azersun Holding haqqında ümumi məlumat toplayın və hər qrup həmin özəl
müəssisənin təqdim etdiyi xidmətlərdən biri haqqında təqdimat hazırlayın.
2.4.3. Qiymətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: