Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Qrafik 1.3. Bank of Baku təşkilati strukturu



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

Qrafik 1.3. Bank of Baku təşkilati strukturu 
 
Qrafik 1.4. Finca Azerbaijan təşkilati strukturu 
 

Özəl müəssələrdə işə qəbul prosesi 
 
Dövlət müəssisəndə olduğu kimi özəl müəssisələrdə də işə qəbul prosesi müvafiq qanunlara 
uyğun şəkildə nizamlanır. Lazım olan vakant yer üçün elanlar verildikdən sonra işə uyğun hesab olunan 
şəxslər müraciətlərini edirlər. Anket, tərcümeyi-hal işçinin ilkin profilinin yaranmasında ən əsas 
yollardan biridir. Daha sonrakı mərhələlər müəssisənin daxili qaydalarına əsasən (müsabiqə, 
müsahibə) nizamlanır. Digər bütün məsələlər Əmək Məcəlləsinə uyğun şəkildə həyata keçirilir. 
Işə müraciət və qəbul prosesi dövlət müəssisələrində olduğu kimidir.
 

Özəl müəssisələrdə etik davranış qaydaları 
 
Etik davranış qaydaları haqqında digər mövzuda da bəhs etdiyimiz kimi etik davranışlar bir 
müəssisənin ayrılmaz parçasıdır. Özəl müəssisələrin hər birinin daxili etik davranışkodeksləri olur. Bu 
kodeksə əməl etmək işçinin əsas vəzifələrindən biridir. Ayrı-ayrı özəl müəssisələrin etik 
davranışkodeksi ilə internet resursları vasitəsilə çox rahatlıqla tanİşola bilərsiniz. Biz gözümüzdə şəkil 
olaraq canlanması üçün Azercell ASC-nin Etik Davranış Kodeksindən misal verəcəyik: 
“Ortaq dəyərlər üzərinə əsaslanma”- burada dəyər qatmaq, hörmət göstərmək, həyata keçirmək kimi
faktorlar daxildir ki, bu da müştəriyə fokuslanan bir xidmətin varlığını vurğulayır.
Ticarət üzrə 
Direktor 
Texniki Direktor 
Personalın 
idarəedilməsi 
xidməti 
Maliyy
ə
Direktoru 
İstehsalat üzrə 
Direktor 


29 
“Tərəfdaşlarımızla münasibətlərimiz”- burada müştərilərlə və əməkdaşlarla qurulan münasibətin 
önəmindən danışılır. Müştərilər üçün güvənilir, əməkdaşlıq üçün cəlbedici işyeri olmaq, insan hüquq 
və azadıqlarına hörmət əsas gətirilir. 
“Səhmdarlarımızla münasibətlərimiz”- Azərcell açıq səhmdar cəmiyyət olduğu üçün daima 
cəlbedici sərmaye mənbəyi olmağa çalışır.
“Təchizatçılarımızla, biznes tərəfdaşlarımızla və rəqiblərimizlə münasibətlərimiz”- etibarlı 
tərəfdaşlıq, sağlam rəqabət və ümumilikdə düzgün, əlverişli işgüzar münasibətlərin qurulmasından 
bəhs edilir. 
“Cəmiyyətlə münasibətlərimiz”- cəmiyyətin maddi durumunu nəzərə alan, başqa dildə desək, 
texnologiyanın münasib şəkildə satılması ilə cəmiyyətə fayda vermək, eyni zamanda İşimkanları 
yaradaraq birbaşa və ya dolayı yolla maddi rifaha çalışmaq kimi nüanslar bu başlıq altında təhlil edilir.
“Ətraf Mühit” – işgüzar fəaliyyətin ekoloji cəhətdən zərərsiz şəkildə həyata keçməsindən danışılır. 
Yəni verilən xidmət təbiətə ziyan vermədən təqdim olunmağa çalışılır.
Konkret bir özəl müəssisə üzərində diqqətimizi toplayaraq ümumilikdə xidmət sektorunda 
fəaliyyət göstərən özəl müəssisələrin əsas məqsədləri ilə də müəyyən qədər tanış olduq. Gələcəkdə 
çalışacağınız müəssisənin etik kodeksini bilmək sizin üçün vacibdir.
2.3.2. Tələbələr üçün fəaliyyətlər

Yeni sözləri yazın, qrupla müzakirə edin; 

Tanıdığınız özəl müəssisələrin adını yazın, hansı sahələr üzrə fəaliyyət göstərdiklərini qrupla 
müzakirə edin; 

Valideyinləriniz və ya tanışlarınızdan (özəl müəssisələrdə çalışan) çalışdıqları şirkət 
haqqında məlumat alın və sanki öz işlədiyiniz müəssisəymİşkimi təqdimatını edin; 

Çalışmaq işlədiyiniz özəl müəssisəni müəyyən edin və səbəblərini izah edin; 

Bir xidmət sahəsi üzrə xəyalən özəl müəssisə seçin və onun etik davranışkodeksini qrupla 
yazın.
2.3.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin