Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 Ayrı-ayrı sahələr üzrə dövlət müəssisələri



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   14   15   16   17   18   19   20   21   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

Ayrı-ayrı sahələr üzrə dövlət müəssisələri 
 
Dövlət müəssisələrinə misal olaraq İcra Hakimiyyəti orqanlarını, Nazirlikləri, Departamentləri, 
Komitələri, Məhkəmələri, Dövlət Agentliklərini misal göstərmək olar.
Şirkətlərə misal olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR), Dövlət Aqrar 
Ticarət Şirkətini, Xidmətlərə ASAN xidmət, AR Dövlət Miqrasiya Xidmətini, Bitki Sortlarının Qeydiyyatı 
və Toxum Nəzarəti üzrə Dövlət Xidmətini misal çəkmək olar. Hökümət portalından digər Dövlət 
qurumlarının siyahısı və rəsmi internet resursları ilə yaxından tanış ola bilərsiniz (
www.gov.az
). 

Dövlət müəssisələrinin idarə olunması 
 
Dövlət müəssisəsinin idarə olunması “Müəssisələr haqqında Azərbaycan Respublikasının 
Qanunu”na, müəssisələrin ayrı-ayrı təşkilati-hüquqi formalarına dair Azərbaycan Respublikasının digər 
qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun şəkildə həyata keçirilir.
Dövlət müəssisələrin idarə olunması təşkilati strukturla nizamlanır. Müəssisə idarəetmə 
orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir. 
Qrafik şəkildə baxsaq, idarəetmə sistemi bizə daha aydın olacaq.
Qrafik şəkildə bir neçə dövlət müəssisəsinin təşkilati strukturu ilə tanİşolaq. Azərbaycan 
Meliorasiya və Su təsərrüfatı ASC-ə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin 
olunan Sədr rəhbərlik edir. Onun təşkilati strukturu aşağıdakı kimidir: 
Qrafik 1.1. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin təşkilatı strukturu 


25 
 
Qrafik 1.2. Azərbaycan Sənaye Korporasiyasının təşkilati strukturu

 

Dövlət müəssisələrində işə qəbul və dövlət qulluğunda yardımçı vəzifələrin tutulması 
 
Dövlət müəssisələrində vakant İşyeri olduqda işə qəbul Azərbaycan Respublikasının Əmək 
Məcəlləsi və başqa müvafiq normativ hüquqi aktlar əsasında aparılır. Iddiaçı baxılmaq üçün aşağıda 
göstərilən sənədləri müvafiq müəssisənin rəhbərliyinə təqdim etməlidir. Sənədlər toplanandan sonra 
iddiaçı həmin müəssisənin rəhbərliyi ilə söhbətdən müvəffəqiyyətlə keçdikdə həmin şəxslə müqavilə 
bağlanır. Anket, Tərcümeyi-hal, Diplomun surəti (əgər varsa başqa sertifikatların sürəti), Əmək 
kitabçasının sürəti, rəngli foto şəkil 2 ədəd (4x6), hərbi biletin surəti, şəxsiyyət vəsiqəsinin surəti tələb 
olunur. 
Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına da 
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından 
təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla 
müəyyənləşdirilmİşqaydada qəbul edilə bilərlər. 
Dövlət qulluğunda inzibati vəzifələr də həmçinin müsabiqə və müsahibə yolu ilə işə qəbulu həyata 
keçirir. Yardımçı vəzifələrə isə işə qəbul (burada işləmək üçün tam orta təhsil mütləqdir) vakansiya 
üzrə həyata keçirilir.
Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, 
sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilmir. Belə ki, yardımçı 
vəzifələrin işə qəbulu adi qaydada həyata keçirirlir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin