Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 
 
 
 


18 

Əmək müqaviləsinin tərəfləri: işçi və ya işəgötürənin hüquq və vəzifələri
 
Əmək müqaviləsinin tərəfləri kimlərdir, yəni kimlər arasında imzalanır? Əmək müqaviləsinin 
tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 
İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq İşyerində 
haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmİşhər bir şəxs əmək müqaviləsi bağlamaq 
hüququna malikdir. 15 yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onların 
valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək 
müqaviləsi imzalandığı gündən qüvvəyə minir. 
İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona 
xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin 
(müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 
Əmək müqavilələri tərəflərin iradəsi ilə sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya 
yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi şifahi 
şəkildə həyata keçirilə bilməz. Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, 
tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmİşqaydalarla və 
prinsiplərlə tənzimlənir. 
Gəlin, indi birlikdə işçinin Əmək Məcəlləsinə əsasən hüquqlarını nəzərdən keçirək: 
- sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və İşyeri seçərək əmək 
müqaviləsi bağlamaq; 
- əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; 
- İş vaxtından sonra qazanc əldə etmək məqsədilə əlavə fəaliyyət göstərmək; 
- həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq; 
- qanunvericiliklə müəyyən edilmİşminimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
- mənzil şəraitinin, ailə üzvlərinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq 
sosial yardımlar almaq; 
- həftələrarası istirahət günlərindən istifadə etmək; 
- peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq; 
- əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb 
etmək; 
- işə götürülən tərəfindən məcburi sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından 
istifadə etmək; 
- qanunvericilikdə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq; 
- əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq
- qanunvericiliklə müəyyən edilmİşhallarda və şərtlərlə (güzəştlərə) pensiya təminatından, sosial 
müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək; 


19 
- işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq; 
- işyeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə 
işəgötürəndən müvafiq arayışlar almaq; 
Bəs işçinin əmək müqaviləsi üzrə hansı vəzifələri var? 
- əmək müqaviləsi ilə müəyyən edilmİşəmək funksiyasını vicdanla yerinə yetirmək
- əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək
- əməyin təhlükəsizliyi normalarına əməl etmək; 
- işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 
- dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli 
saxlamaq; 
- işyoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; 
- fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək; 
- əmək qanunvericiliyinin tələblərinə əməl etmək; 
1.4.2. Tələbələr üçün fəaliyyətlər

“İşçi vətəndaş əmək müqaviləsiz fəaliyyət göstərdiyi halda, hansı hüquqlardan məhrum
olur?” sualı əsasında dairəvi müzakirə təşkil edin; 

“Əmək müqaviləsi” əldə etdiyi halda işçinin əsas hüquqlarını qeyd edin

Əmək müqaviləsini rəsmiləşdirməyin üstünlüklərini müzakirə edin; 

“Əgər siz santexnik işləyirsinizsə, İşyerində hər hansı bir hadisə baş veribsə, o zaman siz 
hansı hüququnuzu işəgötürəndən tələb edərdiniz?” fikirlərinizi əsaslandırın; 

Klaster üsulundan istifadə edərək işçi vətəndaşın hüquqlarını qeyd edin; 

Rollu oyun üsulundan istifadə edərək işçi və işəgötürənin səciyyəvi xüsusiyyətlərini 
nümayİşetdirin; 

Təhsilinizi başa vurduqdan sonra yiyələnəcəyiniz peşəni nəzərdən keçirin. Bu sahədə hansı 
hüquqları bilməli olduğunuzu qeyd edin; 

İşçi və işəgötürən onların arasındakı əlaqə və qarşılıqlı asılılıq olduğunu faktlarla 
əsaslandırın; 

Əmək müqaviləsinə əsasən işçi vətəndaşın hüquqları haqqında təqdimat hazırlayın; 

İşəgötürən şirkət nümayəndələrini məktəbə dəvət edərək onlardan müsahibə götürün; 

İşçi hüquqlarının adları ilə bağlı yazılmİşağ kağızları stolun üstünə qoyun. Hər bir tələbə irəli 
gələrək kağızlardan birini götürüb həmin hüququn adını jest və mimika ilə təsvir etsin. 


20 
1.4.3. Qiymətləndirmə 
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin