Əmək hüququ və Əmək Məcəlləsinin mahiyyəti Əmək hüququ - milli hüququn aparıcı sahələrindən biridir. Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan
qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və İşyeri seçmək hüququ
vardır. Əmək hüququ işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində
mühüm rol oynayır.
Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək
müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququ Azərbaycanın
hüquq sistemində xüsusi yer tutur. O, işçilərin işə qəbul olunma, başqa işə qəbul və işdən çıxarılması
qaydalarını, əməyin ödənilməsi sistemi və normalarını, əməkdəki nailiyyətlərə görə həvəsləndirməni,
əmək və icra intizamının pozulmasına görə intizam tənbeh tədbirlərinin tətbiqini, fərdi və kollektiv əmək
mübahisələrinə baxılması qaydalarını müəyyən edir.
Əmək Məcəlləsi -̶ Azərbaycan Respublikasının Əmək Məcəlləsi Respublika ərazisində əmək
münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən qanunvericilik aktıdır.
Əmək Məcəlləsinin ümumi normalar adlanan birinci bölməsi əmək hüququnun ümumi hissəsinə aiddir.
Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət
hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquqi
münasibətləri tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublikamızın bazar
iqtisadiyyatına keçdiyi dövrdə əmək məhsuldarlığının artmasına, işin keyfiyyətinin yaxşılaşmasına,
ictimai məhsuldarlığın effektli dərəcədə yüksəlməsinə və bunun əsasında işçilərin maddi və mənəvi
həyat səviyyəsinin yüksəlməsinə, əmək intizamının möhkəmləndirilməsinə və əməyin hər bir əmək
qabiliyyətli insanın həyati ehtiyacına çevrilməsinə təkan verir. Siz hər hansı bir İşyerində fəaliyyət
göstərməyə hazırlaşırsınızsa, işçi vətəndaş kimi aşağıdakı qanunları bilsəniz (sxem 1.2.), o zaman
gələcəkdə öz hüquqlarınızı tələb etməkdə haqlı olduğunuzu sübut etmiş olarsınız: