“Azərbaycan vətəndaşı kimi öz hüquqlarını təhlil edir”
Hüquq anlayışını necə başa düşdüyünüzü izah edin.
Hüquq və azadlıqlar sahəsində dövlət hansı məsuliyyəti daşıyır?
Azadlıq və şəxsi toxunulmazlıq hüququnun mahiyyətini izah edin.
Hüquqi və təbii hüquqların bir- birindən fərqi nədir?
Hüquq mədəniyyətinin mahiyyətini aydınlaşdırın.
Konstitusiya ilə vətəndaşlara hansı azadlıqlar verilib?
İnsan hüquqlarına aid olan hüquqları sadalayın.
Öz hüquqlarınıza dair 3 nümunə göstərin.
Təhsil sahəsində hansı hüquqlarınızdan istifadə edirsiniz?
Azərbaycanda insan hüquqlarının və azadlıqlarının pozulmamasına nail olmaq üçün hansı
işlər görülmüşdür?
Bəşəriyyətin insan hüquqlarına çox diqqət yetirməsinin səbəbini izah edin.
1.3.1. Azərbaycanda bir işçi kimi öz peşəsi üçün müvafiq olan qanunları nəzərdən keçirir
Əmək nədir? İnsan dünyanın ən ali varlığıdır. İnsanı aliləşdirən amillərdən ən əsası əməkdir. Ən
qədim zamanlardan müasir dövrlərə qədər nəzər salsaq görərik ki, insanlar öz
zəhmətləri ilə nələrə qadir olublar. Müasir dövrdə tibbin, texnikanın, təhsilin bu
səviyyəyə gəlib çatması insan əməyinin bəhrəsidir. İnsanın bacarmadığı İşdemək olar
ki, yoxdur. Fiziki və ya zehni, hər hansı bir işə başlamamışdan əvvəl o adama çox çətin gəlir. Lakin işə
başlayandan sonra insan işə necə qalib gəldiyini görür. Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir.
İşlə məşğul olan insan heç kimə möhtac olmur. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında
münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını
üzə çıxardır.
Əmək - insanın məqsədyönlü, şüurlu fəaliyyətidir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır.
Hətta lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrin öz fəaliyyətinin planını və ardıcıllığını tərtib edir.
İnsan əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada tək çalışan
Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmİşbəzi alət və qurğulardan, ən
başlıcası, o, cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalarından yığılmİşbiliklərdən istifadə etmişdir.
Əmək yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır. (şəkil 1.8.)
Şəkil 1.8. Əmək prosesi