8
Konstitusiya qanunları -̶ konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi
qanunlardan üstündür (şəkil 1.1.). Məcəllə- ̶ ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid
sistemləşdirilmİşqanunvericilik aktıdır (məsələn, əmək məcəlləsi şəkil 1.5). Adi qanunlar isə konstitusiya
əsasında qəbul olunur və konstitusiyanın icra qaydasını tənzimləyir. Azərbaycan Respublikasında
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Ali qanunverici
orqanın - Milli Məclisin qəbul etdiyi qanun ölkənin prezidentindən tutmuş sıravi şəxslərə qədər hamımız
üçün məcburidir. Qanunun ən yüksək (ali) hüquqi qüvvəsi, ilk növbədə, onun qətiliyində təzahür edir.
Siz, bir Azərbaycan vətəndaşı kimi ilk öncə aşağıdakı anlayışları (qanunları) bilməli və ondan irəli gələn
öhdəlikləri yerinə yetirməlisiniz:
Dövlət rəmzləri -̶ hər bir dövlətin müstəqilliyini ifadə edən atributlar mövcuddur. Konstitusiyamızın
75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına
(şəkil 1.4.), gerbinə (şəkil 1.7.) və himninə hörmət etməlidir. Bizim hər birimiz dövlət rəmzlərinə
hörmətlə yanaşmalı və onların adını uca tutmalıyıq.
Şəkil 1.6. Azərbaycan Respublikasının
Dövlət bayrağı
Şəkil 1.7. Azərbaycan
Respublikasının Dövlət gerbi
Vətəni müdafiə -̶ Konstitusiyamızın 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın
borcudur. Vətənin müdafiəsi də iştirak etmək və hərbi xidmət hər bir vətəndaşın
hüquqi vəzifəsi
olmaqla yanaşı, həm də onun müqəddəs borcudur.
Şəkil 1.4. Azərbaycan
Respublikasının Konstitusiyası
Şəkil 1.5. Əmək Məcəlləsi
9
Dövlətin əsasları. Bura daxildir: - Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı, ərazi, dövlət dili,
din, mülkiyyət, silahlı qüvvələr, ailə, uşaqlar və dövlət, sosial, iqtisadi inkişaf və dövlət, pul vahidi,
təhsil və s. haqqında qanunlar.
Hakimiyyətin bölünməsi prinsipi aşağıdakı formada həyata keçirilir:
- Qanunverici hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
- İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
- Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
1.1.2. Tələbələr üçün fəaliyyətlər
“Vətəndaşlıq” anlayışını necə başa düşdüyünüzü rollu oyun üsulundan istifadə edərək
nümayiş etdirin;
Nümunə: Bir xarici turistin azərbaycanlı vətəndaşdan “Azərbaycanda vətəndaşlığı təsdiq
edən sənədlər” haqqında məlumat alması fonunda rollu oyunu səhnələşdirin.
“Azərbaycan Respublikasının Vətəndaşlığı” mövzusu haqqında esse hazırlayın. Yazdığınız
esseləri digər yoldaşlarınıza ötürərək onların mövzu haqqında
fikirlərini öyrənin;
Aşağıdakı cədvələ əsasən doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və pasport
haqqında məlumatlarınızı
qeyd edin;
Mövzunun adı
Bilik
Tətbiq
Nəticə
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Pasport
Venn diaqramından istifadə edərək icra hakimiyyəti ilə qanunverici hakimiyyətin oxşar və
fərqli cəhətlərini qeyd edin;
Valideynlərinizdən “əsl vətəndaş olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?”
mövzusu haqqında müsahibə götürün. Sonra müsahibənizdə ümumiləşdirmələr apararaq,
nəticəni tələbə yoldaşlarınızla müzakirə edin;
10
Sinfi 2 qrupa bölün. Hər iki qrupa iri ağ kağızda “Dövlət rəmzləri haqqında bildiklərinizi qeyd
edin”, digər qrupa isə “Dövlətin əsaslarına daxil olan qanunları yazın” tapşırıqları verilir.
Verilmİş20 dəqiqə ərzində qruplar tədqiqat aparmalı, verilmİştapşırıqları yerinə
yetirməlidirlər. Vaxt bitdikdən sonra hər iki qrup tərəfindən seçilmİşliderlər öz təqdimatların
nümayİşetdirərək, müzakirələr təşkil etməlidirlər;
Azərbaycan Respublikası dövlətinin öz vətəndaşlarının vətəndaşlıq
hüququnu qorumaq
üçün həyata keçirdiyi siyasəti təhlil edin;
Klaster üsulundan istifadə edərək “vətəndaşlıq” haqqında biliklərinizi qeyd edin;
Əlavə resurslardan istifadə edərək “Konstitusiya” haqqında təqdimat hazırlayın. Nümunə:
siz burada xarici ölkələrin Konstitusiyası ilə Azərbaycan Konstitusiyasını
müqayisə edə
bilərsiniz;
“Hakimiyyətin bölünməsi prinsipləri” mövzusu ilə bağlı müzakirə təşkil edin.
1.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: