Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


 İş yaşamı təməlli öyrənmə anlayışı



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix16.12.2023
ölçüsü0,54 Mb.
#181307
1   ...   27   28   29   30   31   32   33   34   35
saxsi-inkisaf-va-karyera-planlasdirmasi (1)

 

İş yaşamı təməlli öyrənmə anlayışı 
 
İnformasiya Kommunikasiya texnologiyalarının ictimaiyyət və təhsil üstündə böyük təsirləri var. 
İKT-nin inkişafı ilə paralel olaraq bilik, mədəniyyət və ideologiyalar da dəyişikliyə məruz qalmış, baş 
verən prosesə uyğunlaşmışdır. Bilik cəmiyyəti texnologiya və qloballaşmanın təsiri ilə bilik 
mübadiləsinin vacibliyini əsas alaraq şəxslərin dəyişimə və inkişafa açıq olmasını, bilik və bacarıqlarını 
daim yeniləməsini, öyrənmə imkanları axtarışını zəruri etmişdir. Sözügedən prosesə şəxsin 
uyğunlaşması üçün yaşam boyu öyrənmə anlayışını mənimsəməlidir.
Yaşam böyu öyrənmə dedikdə şəxsin təkcə özünə öyrədilənləri deyil, özünün də öyrənmək 
istədiklərini öyrənmə imkanı əldə etməsidir. Başqa sözlə desək, şəxsin özünü yetərsiz hiss etdiyi 
mövzularda və daimi olaraq yenilənən texnologiyalar qarşısında özünü inkişaf etdirməsidir. Yaşam 
boyu öyrənməni mənimsəyən şəxslər aktiv öyrənmə prosesinidə yer alaraq, biliyi ehtiyaca 
uyğunlaşdırırlar.
Aktiv öyrənmədə fərd maraq, tərəddüd, sınayaraq öyrənmə, araşdırma və tətbiqetmə kimi 
prosesləri yaşamaqdadır. Şəxsin yaşam boyu öyrənmə fəlsəfəsi içində aktiv öyrənmə layihə təməlli 
öyrənmə proseslərindən istifadə edərək əldə etdiklərini həyata tətbiq etməsi gözlənilir. 
Layihə təməlli öyrənmə elmi və müstəqil İşçərçivəsində fərdin bildiklərini tətbiq etməsidir. 
Beləliklə, şəxs prosesin sonunda xüsusi bir məhsul ərsəyə gətirir.
Bütün nəzəriyyələrin sintezini əhatə edən iş yaşamı təməlli öyrənmə təhsilindəki yeni istiqamətlərdə 
ən keçərli misal olaraq şəxsin potensiyalını ortaya qoymasında və inkişafında xüsusi yerə sahibdir.
Yaşam boyu öyrənmə 
 
İş yaşamı təməlli öyrənmə 
 
Qrafik 2.2.
 
Öyrənmənin növləri 
 

Layihə əsaslı öyrənmə 


Aktiv öyrənmə 
Problemə əsaslanan 
öyrənmə 


47 
İş həyatında qazanılan fərdi bilik və təcrübə iş yaşamı əsaslı öyrənmə prosesi üçün çox vacibdir. 
İş yaşamı əsaslı öyrənmə şəxsin iş və kariyera həyatında uğur qazananmasına şərait yaradır. Bu 
prosesdə tələbələr üçün istifadə olunacaq ad öyrədilən yox, öyrənəndir. İş yaşamı əsaslı öyrənmə 
işçilərin iş həyatında dəyişiklik etmək istəyən motivasiyası yüksək şəxslərin seçdiyi yollardan biridir. 
İşəsaslı öyrənmənin ən əsas xüsusiyyəti mövcud proqramların işin ehtiyaclarına görə hazırlanmasıdır. 
İş yaşamı əsaslı öyrənmə bir digər əsas xüsusiyyəti iş həyatının həm də öyrənmə sferası olaraq qəbul 
edilməsidir.
İş əsaslı öyrənmənin əsas faydaları aşağıdakılardır: 
1.
 
Öyrənənlər üçün: 
a)
öyrəndiklərini tətbiq etmək; 
b)
iş yerində əsas bacarıqlarından istifadə etmək 
c)
təhsillə İşarasında əlaqə qurmaq 
2.
 
işəgötürənlər üçün: 
a)
istedadlı və motivasiyası yüksək işçilər qazanmaq 
b)
İş inkişafını dəstəkləmək 
c)
yeni layihələr hazırlamaq 
d)
cəmiyyətə xidmət göstərmək üçün fürsətlər yaratmaq 
3.
 
Müəssisələr üçün: 
a)
proqram hazırlama və öyrənmə fürsətlərini inkişaf etdirmə 
b)
texnologiyadan istifadəyə nail olmaq 
c)
müxtəlif bacarıqları inkişaf etdirmək 
d)
fərdiləşdirilmiş təhsil üçün fürsətlər əldə etmək 
4.
 
Cəmiyyət üçün: 
a)
İş birliyi və dəstək mühiti yaratmaq 
b)
fərqli qruplar arasında hörmət, cəsarətləndirmə yaratmaq 
c)
daha səmərəli iqtisadiyyatın əsasını formalaşdırmaq 
 
3.4.2. Tələbələr üçün fəaliyyətlər 

Təhsilinizi başa vurduqdan sonra hansı istiqamətlərdə işlər görəcəyinizi izahlı şəkildə 
təqdim edin; 

Hazırda aldığınız peşə təhsilindən əlavə hansı tədris proqramlarından faydalanırsınız? Bu 
proqramları seçmənizdə səbəblər nədir? 

Təhsil aldığınız ixtisas üzrə praktik məşğələ zamanı öyrəndiklərinizi yazılı şəkildə təqdim 
edin və təqdimatını təşkil edin; 

Seçdiyiniz ixtisas üzrə hansı yenilikləri gətirəcəyinizi düşünün. Siz müəssisəyə niyə 
lazımsınız mövzusunda müzakirə təşkil edin

“Mənim layihəm” adı altında seçdiyiniz bir sahə üzrə ideyalarınızı qrup şəklində yazın. 
Bir ideyanı həyata keçirilməsi üçün hansı addımları atacağınızı, sizə lazım olan 
ləvazimatları qeyd edin. Daha sonra təqdimat edin. 
3.4.3. Qiymətləndirmə 
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin