Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 110,86 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix16.12.2023
ölçüsü110,86 Kb.
#181848
1   2
Kazımlı Nərmin, 2301 . 1.Hisslərin fizioloji əsasları və funksiaları 2Şəxsiyyətin inkişafı və özünütərbiyə üsulları

 
 
 
 
 
 
 
 
 


Şəxsiyyətin inkişafı və özünütərbiyə üsulları 
Cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, 
hərəkətverici mexanizmi haqqında dialektik və metafizik inkişaf konsepsiyası 
mövcuddur. Təbii ki, insan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır. Bir çox 
görkəmli dünya alimləri fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda 
haqlıdırlar. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi 
ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. 
İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki anatomik-fizioloji inkişaf, yəni 
insanın bioloji fərd kimi inkişafı, psixoloji inkişafı və sosial inkişaf, insanın 
vətəndaş-şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Bu əlamətlər ayrılıqda xüsusi 
kəmiyyət və keyfiyyət dəyərlərinə malikdir. Psixoloji inkişafa insanın idrak 
prosesinin, duyğuların, qavrayış və təsəvvürün, nəticə və təxəyyülün, diqqətin, nitq 
və təfəkkürün, hafizə və iradənin, necə təşəkkül tapması daxildir. İnsanın sosial 
inkişafı, onun cəmiyyətdəki iştirakı konkret adamlar və kollektiv üzvləri ilə 
münasibətdə özünü göstərir, ətraf aləmdə cərəyan edən hadisələrin müşahidəçisinə 
çevirir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışı önə 
çəkilir. Bu dəyərlər insanları mənəvi-sosial həyatda formalaşdırır və onları 
şəxsiyyət statusuna yüksəldir. Beləliklə, şəxsiyyət, onun maraqlarının və 
meyillərinin, temperamentlərinin funksional xüsusiyyətləri nəticəsində əmələ 
gəlmiş fərdi fərqlər sayəsində həyatda fəal mövqe tutur. İnsan dünyaya bioloji 
varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti 
prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir. Hazırda cəmiyyətin 
qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli 
inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. 
Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bugünkü təcrübənin deyil, həm də 
pedaqoji fıkrin zəngin ideyalarını nəzərə almaq lazımdır. Azərbaycan 
maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət 
və fəaliyyətində axtarmışlar, çünki münasibətlər insanın həyat təcrübəsinin nəticəsi 
olmaqla onun hərəkətlərini və daxili hisslərini müəyyənləşdirir. Nəticədə insanın 
bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillər haqqında müxtəlif 


fikirlər meydana gəlmişdi. Əsrlər, min illər boyu bu amillər içərisində üstünlük 
irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və 
mənfi nə varsa övladlara keçir. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə 
zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə böyük əhəmiyyət 
verirdilər. Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən 
Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi 
götürürdü. İnsanın cəmiyyətdə düzgün tərbiyə edilməsində bir sıra amillər mühüm 
rol oynayır. İnsan ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən 
müxtəlif xüsusiyyətlərə malik olur, onun xarakterində müəyyən yeniliklər, 
dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin üzvü olan insan bilməlidir ki, 
hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir, onun inkişafında 
irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir.
“Tərbiyə” dedikdə, elə anlayışın özündəcə fəal tərəf olan subyektin – 
tərbiyəçinin, müəllimin aktual iştirakı nəzərdə tutulur. Yəni kim isə, kimi isə 
tərbiyə etməlidir, onu müəy­yən normalara, ədəb-ərkan qaydalarına, davranış 
tərzinə dəvət etməlidir. Bunun üçün isə əvvəlcə həmin normaların, meyarlar 
siste­minin ilkin müəyyənliyi tələb olunur. Tərbiyə işinin müvəffəqiyyətlə getməsi 
üçün pedaqoqlar əsas şərti tərbiyə edənin müntəzəm tərbiyə olunmasında 
görürdülər. Tərbiyədə nümunə şərtdir, tərbiyə edənin özündən yaxşı nümunə ola 
bilməz, tərbiyə olunan ona tərbiyə verənin öz əməlinə, kimliyinə nəzər yetirir, onu 
yoxlayır, özünə məxsus sınaqdan keçirir, ondan sonra gəlir ona əməl edib-
etməmək. M.Dobralyubovun fikrinə görə, müəllim o vaxt bədbəxt günə düşür ki, 
uşaqlar onun əxlaqi ləyaqətinə şübhə ilə yanaşırlar. Tərbiyə edənin kimliyini, 
nəçiliyini biləndən sonra onun hansı imkanda, hansı dəyərdə tutulacağı da tezliklə 
müəyyənləşir, sonra həmin tərbiyə edənin özünün nümunə çəkməsi ya istehza 
xarakteri daşıyır, ya da doğrudan da buna qarşı münasibət dəyişir, bir sözlə, 
deyilən sözlə insanın özünün əməlində bir uyarlıq, yaxınlıq, bir vəhdət olmalıdır 
ki, qarşı tərəf onun səmimiyyətinə inana bilsin.
Platonun dediyinə görə, yaxşı vətəndaş yetişdirmək üçün savaddan çox 
uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Bəzən təlimə 


 o qədər diqqət yetiririk ki, tərbiyə məsələləri arxa plana keçir, bu isə 
yolverilməzdir, tərbiyəsizliyi biliksizlikdən daha qəbahətli hesab etmək lazımdır. 
Tərbiyə bizim düşündüyümüz kimi məktəbdə öyüd-nəsihət xarakterində, nizam-
intizam çərçivəsində həyata keçirilmir, o, insanın təkcə zəkasını deyil, ruhunu, 
qəlbini, davranışlarını, ünsiyyətini, münasibət tərzini cilalayır. Tərbiyə işi üzrə 
çox sanballı elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunu əks etdirən bir 
konsepsiya hazırlanmalıdır.
Müəyyən biliklərə yiyələnmiş gəncdə vətən təəssübkeşliyi, doğma vətəninə, 
xalqına məhəbbət, sevgi, vətəndaşlıq ləyaqəti yoxdursa, bu gənc nə qədər 
gücsüzdürsə, onun vətəninə o qədər da xeyri dəyə bilməz. Ona görə də tədris 
müəssisələrində kadr hazırlığı prosesində təhsilin keyfiyyətini yüksəltməklə 
yanaşı, gələcəyin vətəndaşlarının hərtərəfli inkişaf etməsi, şəxsiyyət kimi 
formalaşması üçün tərbiyənin səmərəli forma, vasitə və metodlarından 
məqsədyönlü şəkildə istifadə edilməlidir. 
Valideyn-məktəb əlaqələri şagirdlərin mənafeyinə uyğun olduqda təhsilin 
keyfiyyəti yüksəlir. Son illər məktəblərdə şagirdlərə qarşı anti-pedaqoji 
hərəkətlərin qarşısının qətiyyətlə alınması nəticəsində valideyn-məktəb, o 
cümlədən müəllim-şagird münasibətinə yeni baxış yaradılmasına səbəb olmuşdur. 
Təhsil sahəsində keyfiyyətli tərbiyənin ardıcıl inkişaf etdirilməsindən çox asılıdır. 
Məktəblərdə vaxtaşırı valideyn iclasları, valideyn və şagirdlərin birgə iştirakı ilə 
ümumməktəb tədbirləri həyata keçirilməlidir.
Tərbiyənin məsul dövrü uşaqlıqdan gəncliyə “keçid” dövrüdür, bu dövrdə 
uzun-uzadı öyüd - nəsihət, yalançı təəssübkeşlik, yerinə düşməyən tənqid, yaxud 
tərif... keçmir.
9-11-ci siniflərdə, 5-7-ci siniflərdə uşaqlara yanaşdığı kimi deyil, artıq başqa 
münasibət tələb olunduğunu bəzən müəllim unudur, yaxud da o uşaqlara əvvəlki 
münasibətlə tərbiyə etmək və onu təhsilə yönəltmək istəyir. Keçid dövründə 
uşaqların münasibəti tamam dəyişir, bəzən o dəyişməni ailədə belə hiss edə 
bilmirlər. Burada həmin şagirdlərə çox həssas yanaşılmalı, həyata münasibətini 


görmək üçün onların yaş psixologiyasına, həyat tərzinə, davranışına mütləq 
müdaxilə etmək lazımdır növbəti iş fəaliyyətini qura bilmək üçün.
Tərbiyədə gözəl xassələrdən biri də insanın özünü görüb dərk etməsidir, dərk 
edib o biri səhvləri etməmək – bu, elə tərbiyənin gözəl vasitəsidir. Hamı 
öyrəndiyini tətbiq etmək istəsə də hamı öyrənmək marağında olmur. İnsan 
ömrünün axırına kimi öyrənməlidir, o kiməsə öyrətmək məsuliyyətini də daşıyır. 
Bəzən cavanlara örnək, nümunə olursan, həm də onlardan nəsə öyrənirsən. Yaxşı 
nümunə ən yaxşı məsuliyyət deməkdir. Tərbiyənin ən çox istinad yeri olan adət-
ənənənə insanın yaş dövrlərində dəyişir. Hər kəs yaşına uyğun davranış 
qaydalarına malik olmalıdır, hər bir yaşın dövründə tərbiyənin öz təsir imkanları 
olur, yəni tez-tez tərbiyənin məzmunlu olması üçün onun forması da 
dəyişilməlidir. Müəllim şagirdinə yanaşarkən, onunla münasibət qurarkən, əlbəttə 
ki, xarakterini, onun xasiyyət cizgilərini, özünəməxsus fərdi keyfiyyətlərini 
görməyə 
hazırlıqlı 
olmalıdır, 
ona 
yanaşmada, 
tərbiyə 
məsələlərini 
gerçəkləşdirərkən bu amilləri mütləq nəzərə almalıdır, bəzən hansısa söz, məsləhət, 
tövsiyə yerinə düşməsə, yaxud da ki, əks-əlaqə formasında nizamlanmasa, onda 
söz dəyərdən düşər, tərbiyə təsiredici imkanlarını itirər və müəllimin qarşısına 
qoyduğu bu böyük məqsədə doğru fəaliyyəti demək olar ki, təsirsiz ötüşər. Bu 
problemin həllinin bir əsas yolu odur ki, müəllim şagirdə imkan, ən əsası elə bir 
tərbiyə, yanaşma forması seçməlidir ki, uşaq yaşdan-yaşa özünü dərk edə bilsin, 
kimliyini, nəçiliyini, həyata, insanlara olan münasibətində bir insani hislərlə, 
vətəndaşlıq borcu, ləyaqəti ilə hesablaşa bilsin. Bunu formalaşdıra bilən müəllim 
ən xoşbəxt, cəmiyyətin ən dəyərli, ən gözəl bir insanıdır, vətəndaşıdır, sözün əsl 
mənasında ləyaqət sahibidir. 
Şagird şəxsiyyətini hərtərəfli inkişaf etdirmək, sinif kollektivini təşkil etmək 
üçün birinci növbədə onları hərtərəfli öyrənmək lazımdır. Müəllim mütləq 
tədqiqatçılıq qabiliyyətinə malik olmalıdır. Tədqiqatlar göstərir ki, müəllimlərin öz 
şagirdlərini öyrənməkdən ötrü tərtib etdiyi psixoloji-pedaqoji xarakteristika 
şəxsiyyətinin formalaşmasına lazımi imkanlar yaradır. Gənclərin, yeniyetmələrin 


tərbiyəsində dörd amil var: ailə, məktəb, ictimai mühit və informasiya. Tərbiyədə 
bunlar mühüm komponentlərdir.
Müəllim şagird ilə ünsiyyətdə olur, əvvəlcə uşaqlara davranış qaydalarını 
öyrədir, bu vaxt onun ailəsi barəsində bilgilərə malik olur və mütləq bu ailə 
işləmək üçün onun uşağının psixologiyasını, ailənin durumunu bilərək, bu böyük 
vəzifəni həyata keçirməyə özü üçün müəyyən istiqamət tapır. Təbiidir ki, uşaqdan - 
böyüyə hamı bilir ki, məktəbin vəzifəsi təkcə bilik vermək, onlara elmin sirlərini 
öyrətmək deyil, həm də fəal vətəndaşlar yetişdirməkdir.
Təhsildə də artıq öyrədənlərin öyrədilməsi bu günün tələbidir. K.D.Uşinski 
haqlı olaraq deyirdi ki, vərdişsiz tərbiyə qum üzərində tikilmiş binadır. Adət 
tələbata çevrilmiş vərdişdir, uşaqda anadangəlmə vərdişlər olmur, onlar tərbiyə və 
həyat şəraitindən asılı olur. Bu vərdişlərin yaradılmasında məktəb və ailə xüsusi rol 
oynayır. Amma vərdişlərin bir qədər qəbahətlisi, ziyanlı olanları da ola bilər, bu 
vərdişlərdən onu yayındırmaq üçün də müəllim və ailə mühüm tərbiyəvi cəhətləri 
aşılamağa cəhd və təşəbbüs göstərməlidir, çünki insanı da vərdişin formalaşması 
bir məqamda, bir anda olmur, uzun proseslər keçərək gəlir və bəzən həmin 
proseslərdən gəlib keçən vərdişi ondan uzaqlaşdırmaq da çox çətin olduğu üçün 
özünəməxsus metodlar, üsullar, yanaşma tələb edir, ailə, yaxud da ki, müəllim 
buna ciddi fikir verməlidir. 
Tərbiyədə təlimdəki kimi bir qanunauyğunluq gözlənilməlidir və sözün 
imkanları tərbiyədə həmin məqsədin əldə olunmasında əsas vasitədir, sözə həmişə 
önəm verilməlidir, ondan yerli-yerində istifadə olunmalıdır. Məktəb təhsil, 
tərbiyəni isə əsasən, ailə verir. İntellektual səviyyənin formalaşmasında ailənin öz 
yeri var, təlim və tərbiyə prosesi ayrılmazdır, onlar bir-birilə vəhdətdədir, biri 
digəri üçün zəmin yaradır, baza rolunu oynayır. Gənc nəslin tərbiyəsində 
valideynlərin gücündən istifadə olunması məktəb rəhbərlərinin daim diqqət 
mərkəzində olmalıdır.
İntellektual səviyyə məsələsinin kökünü aramaq üçün yenə də biz məktəblə 
ailəni qarşı-qarşıya qoymalıyıq, amma buna lüzum yoxdur, qənaətim belədir ki, 
intellektual səviyyəyə bir zəmin ailədə hazırlanır, o intellektual səviyyə məktəbdə 


formalaşır. Təlimsiz tərbiyə yoxdur, tərbiyəsiz də təlim, bunlar bir-birini 
tamamlayır, bu məsələni ən çox məktəb həyata keçirir, amma ailə nəzarətçi, 
tənzimləyici rolunu oynamalıdır. Məktəb onun intellekt səviyyəsinin 
formalaşmasında nə qədər maraqlı olsa da, yuxarı yaş həddində isə ailə və məktəb 
bu işi birlikdə həyata keçirməlidirlər. İntellektual səviyyəyə ən çox cavabdehlik 
yükü nədənsə məktəbin, müəllimin üzərinə qoyulur, şübhəsiz ki, valideynlərin 
uşaqlarına məqsədyönlü qayğısı da bu sahədə müsbət rol oynayır. 
Uşağın “psixoloji ərazisi”ndə gedir ailə problemləri, müəllim də bunu 
müəyyənləşdirmədən bu əraziyə təsir göstərir, nüfuz edir. Uşaq bu psixoloji 
mühitdə baş verənləri uzun müddət unutmur, onları xatırlayır. Ailədə baş verən 
bütün hadisələr, ata-ana münasibətləri uşağın “psixoloji ərazisinə” öz təsirini 
göstərir. Bu ərazidə baş verən dəyişiklikləri bəzən müəllim ailəyə nisbətən daha tez 
hiss edir, baş verən hadisələri uzun müddət yadda saxlayır, bəzən uşaq bu 
problemləri özündə o qədər yaşadır ki, onun bütün həyatına öz təsirini göstərir. 
Müəllim tez-tez bu ərazidə baş verənlərə nüfuz etmək üçün ona həmişə fərdi 
yanaşmalı, diqqətdə saxlamalı, müşahidə etməli, onunla elə şən münasibət 
yaratmalıdır ki, əgər o, nəyisə görməsə, dərk etməsə heç olmasa səmimi söhbətə 
tutub ondan bəzi şeyləri öyrənə bilər. Kiçik yaşlı uşaqlarda, ibtidai sinif 
şagirdlərində ata-ana münasibətini öyrənmək müəllim üçün lazımdır, bu ən əsası 
tərbiyə məsələlərini doğru – düzgün aparmaq üçün vacibdir. Beləcə müəllim onu 
ələ almalı, ovundurmalı, oxşamalı, unutdurmalıdır ona evdəkiləri və sonra da 
valideynə deməlidir ki, qoy öz münasibətlərində düzəlişlər etsin, evdə, ailədə baş 
verən hadisələri tezliklə nizama salsınlar, unutmasınlar ki, evdə uşaq böyüyür və 
uşağın doğru-düzgün böyüməsində, inkişaf etməsində onların ikisi arasında olan 
münasibət əsas şərtdir. 
Hamı uşağını sevir, əzizləməyi də buna görədir, amma uşaq nə qədər 
əzizdirsə, tərbiyəsini daha çox sevib, daha çox əziz tutmaq lazımdır. Yaxşı uşağa 
heç vaxt sevməklə, əzizləməklə nəzər-diqqət yetirilmir, ona ən əvvəl tərbiyəyə 
görə nəzər-diqqət yetirilir. Adətən, belə də əks tərəf tərbiyəçini – atanı, ananı, 
müəllimi görmək daha çox fikrindən keçir. Ailə münasibətlərini bilmək müəllim 


üçün çox vacibdir, o, şagirdinin xarakter xüsusiyyətlərini öyrənərkən, mütləq bu 
ailədəki baş verən prosesləri öyrənməsi, valideyn-övlad münasibətlərini bilməsi 
vacibdir. Necə ola bilər ki, uşaq bağçalarında buna önəm verilir, ibtidai siniflərdə, 
müəllim-valideyn münasibətlərində bu qabarıq şəkildə öz əksini tapır, yuxarı 
siniflərdə isə bu tamam unudulur? İstər sinif rəhbəri, istərsə də fənn müəllimi , 
şagirdini öyrənməsi baxımından, ailəsini tanıması onun vəzifə borcudur.
Kənd və rayon yerində şagirdin hansı ailədən, nəsildən, kökdən olmasını 
müəllimi tez müəyyənləşdirir, amma şagirdə yanaşma metodu həmişə özünü 
doğrultmur, bu sahədə çox vaxt səhv edir və bu səhvin altını həmin şagirdi , hətta 
özü də çəkməli olur. Uşağı tanıyanda, onun ailəsində baş verənlərə müdaxilə 
edəndə uşaq bu yanaşmanı çox dəyərləndirir və münasibəti müəllimin gözlədiyi 
səmtə yönəltməyə özünü səfərbər edir. Bu özü də elə qarşılıqlı vəziyyətdə 
olmalıdır ki, sonradan valideyn-müəllim, valideyn-övlad münasibətlərində müsbət 
xarakterizə olunsun. 
Tərbiyə edən insanın özü həmin yeniyetməni inandırmaq üçün nümunə 
olmalıdır – şəxsiyyəti, əməli, mənəviyyatı ilə , bir növ dediyi sözü ilə əməlin 
vəhdətdə olanda tərbiyənin özülü qoyula bilər. Burada inandırmaq metodu və bir 
də ki, inandırandan sonra əməldə, işdə səmimi olduğunu sübut etməkdir. İstər 
valideyn, istər müəllim bunları bacarsa, elə bilirəm ki, gənc və yeniyetmə ilə 
istənilən istiqamətdə milli-mənəvi dəyərlərimiz baxımından iş aparmaq 
qabiliyyətinə malik ola bilərlər. Ailə və məktəb tərbiyəsinin məsul dövrü 
uşaqlıqdan gəncliyə keçid dövrüdür ki, bu keçid dövrünün öz qanunauyğunluqları 
var və bu qanunauyğunluqlarla da həmin məsələnin obyektiv həllini tapmaq 
mümkündür. 
Tərbiyə işinin səmərəsi tərbiyə verənin əxlaqi saflığından, mənəvi 
bütövlüyündən çox asılıdır. Tərbiyə bitkin sistemdir, təhsildəki təlim qədər tərbiyə 
də sabahkı həyata hazırlıqdır. Müəllim hər bir şagirdi diqqətlə öyrənməli, onların 
fərdi xüsusiyyətlərini bilib öz fəaliyyətini qurmalıdır. Məqsədsiz tərbiyə olmur, bu 
prosesin mahiyyətində də bir məqsədə doğru fəaliyyət dayanır. 


Ünsiyyət uşağı tərbiyə etməkdə böyük rol oynayır. Tərbiyədə hər şey 
tərbiyəçinin şəxsiyyətinə əsaslanır, çünki tərbiyə qüvvəsi ancaq insan 
şəxsiyyətinin canlı mənbəyindən axır. Tərbiyədə sədd olmur, sonsuzluğa qədərdir, 
elə elmdə də belədir. Tərbiyə ailədən gəlir, məktəbdə cilalanır və yenidən ailədə bu 
davam etdirilir, ictimai mühitlə də müsbət və ya mənfi təsirini göstərir. Burada 
məqsədə çatmağın yolu tərbiyəçinin uşaqlara olan məhəbbətidir. Tərbiyə işinin 
uğurla alınması üçün tərbiyə edənin ən əvvəl özünə olan münasibəti əsasdır, bəzən 
buna özünütərbiyə instinkti də demək olar, yəni insan ən əvvəl özünü 
tərbiyələndirməli, sonra isə üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Tərbiyənin 
özüllü, ardıcıl olmasının yolu, məncə, elə belə olur. Tərbiyə verənin şəxsi 
nümunəsindən, mənəvi bütövlüyündən və bünövrəsindən çox şey asılıdır, yəni 
tərbiyədə də tərbiyə verənin bu keyfiyyətləri əsas götürülür. 
Tərbiyədə metoddan, üsuldan irəli tərbiyəçinin kimliyidir, onun kimliyi 
müəyyənləşəndən, təsdiqlənəndən sonra metod, forma seçimi barədə düşünülür. 
Bu deyəcəyim fikir Uşinskiyə aiddir, deyib ki, müəllimin beynində dumanlı olan 
bir şey şagirdin beynində zülmətə çevrilir. Tərbiyə verənin özünün kimliyi 
müəyyənləşməli, onun bütün parametrləri görünməlidir, xarakteri, fəaliyyət 
prinsipləri, subyektə yanaşmağı, dərs demə qabiliyyəti, bacarığı, intellekti, bütün 
məsələlər aydınlaşmalıdır, ondan sonra onun üsul və metodları haqqında fikir 
yürütmək bir qədər asan olar.
Tərbiyə və onun qanunları dərk olunandır. İnsan şüurlu olduğundan təbiəti 
dərk edə bilər, imkanı çatan qədər mənimsəyə bilər, amma ona yiyə dura bilməz, 
çünki bu onun imkanları daxilində deyil. Tərbiyədə hədd olmasa da, belə bir ifadə 
var, “ölçünü gözlə”. Bu, qədim filosoflardan birinin sözüdür, tərbiyədə mütləq bu 
fikrə nəzər diqqət yetirilməlidir. Onda hədd olmasa da, mütləq ölçü məsələsi önəm 
daşıyır ,bir növ bizim bir məsələmizi də xatırlatmaq yerinə düşür: "Yüz ölç, bir 
biç".
Tərbiyə o qədər ciddi və həyati məsələdir ki, bunun səhv aparılması, doğru-
düzgün təşkil olunmaması sayəsində görün nə fəsadlar törənir, pis vərdişlər 
yaranır, pis vərdişlər adət-ənənəyə çevrilir, xarakterdə oturur, ömrü boyu həyatda 


bu insan çox məsələlərə münasibətdə qeyri-obyektivlik nümayiş etdirir və onun 
şəxsiyyət ,vətəndaş kimi formalaşmasında çox böyük problemlərlə qarşı-qarşıya 
dayanır. Tərbiyənin doğru-düzgün aparılmamasının nə qədər fəsadlar törətdiyini 
gərək tərbiyə edən özü üçün dərk etsin.


ƏDƏBİYYAT SİYAHISI 
1.
Psixologiya Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik 
Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə Bakı - 2007 
2.
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. – Bakı, 2001. 
3.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya – Bakı, 1991, 
4.
Məmmədov A. Təlimin psixoloji əsasları. – Bakı, 1993. 
5.
Əlizadə Ə.Ə. Yeni Pedaqoji təfəkkür. Bakı, 2001 
 

Yüklə 110,86 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin