Азярбайъан республикасы дахили ишляр назирлийи


etmiş olan iç təkamülü başa çatdı



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   7   8   9   10   11   12   13   14   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

etmiş olan iç təkamülü başa çatdı
. VII 
– VIII yüzillərdə irsən
keçməyən şərti bəxşiş torpağı iqta, artıq XI yüzildə Səlcuqlu
imperatorluğu çağında irsi məzmun qazanıb, feoda çevrildi; hərbi – 
köçəri türk əyanlarının kəndli kütləsi üzərində hökmranlığının özülü
oldu. Ancaq
iqtanın bu iç təkamülü öz hüququ ifadəsini yalnız XIV
yüzilin başlanğıcında Qazan xanın 1303-cü ildə hərbi iqta torpaqları
haqda verdiyi
yarlıqda tapdı.
Vəqf torpaqları
Elxanilər dövlətində çətin dəyişmələr ilə
qarşılaşmışdır. Bütpərəst, islama düşmən olan ilk altı elxan çağında
vəqf torpaqları, ümumən vəqflərin varı çox geniş ölçüdə zəbt
olunmaqda idi. Yeddinci elxan Qazan xan
islamı dövlət dini kimi qəbul
etdikdən sonra bu torpaqların vəqflərə qaytarılması başlandı. Ancaq
moğolların əlində hələ də çoxlu vəqf torpaqları qalmaqda idi.
Torpaqların bir qismi kənd icmalarının əlində idi. Bunlara camaat
torpaqları deyilirdi. Bu torpaqlar əslində icma mülkləri hüququ
qazanmışdı, dövlət divanı və ya ayrı – ayrı torpaq sahibləri xeyrinə
mükəlləfiyyət daşımırdı.
Vergi və mükəlləfiyyətlər. 
XIII əsrin 30-50-ci illərində monqolların 
tətbiq etdiyi ağır vergi siyasəti ölkə iqtisadiyyatına yeni zərbə vurdu. Monqol 
hökmdarları vergilərin yığılmasında istifadə olunan üsulların, zorakı 
tədbirlərin faydasızlığına əmin olduqdan sonra vergi sistemində müəyyən 
qayda yaratmağa cəhd etdilər. 1254-cü ildə Münke xanın sərəncamı ilə 
bütün Monqol imperiyası hüdudlarında əhalinin ümumi siyahıyaalınması 
keçirildi. Gəncəli Kirakos yazırdı: "Qadınlar istisna olunmaqla, on yaşına 
çatmış bütün adamları siyahıya alırdılar. Əhalidən müəyyən olunmuş 
həddən artıq olan vergiləri amansızlıqla tələb edirdilər, xalq dilənçi 
vəziyyətinə düşmüşdü. Vergi yığanlar əhaliyə görünməmiş əzab və 
işgəncələr verirdilər".


22
XIII əsrin 50-ci illərinin sonlarında təşəkkül tapmış Hülakülər 
(Elxanilər) dövlətində monqol canişinlərinin hakimiyyəti dövründəki vergi 
sisteminin qaydaya salınması, mərkəzləşdirilməsi və təkmilləşdirilməsi 
üçün bir sıra tədbirlər həyata keçirildi. Elxanilər yerli inzibati vergi sisteminin 
ənənələrini əsasən saxlamağa, bu sistemi Çingiz xan dövründən miras 
qalmış "Ulu Yasa"nın geridə qalmış feodal-patriarxal qaydaları ilə 
uzlaşdırmağa çalışırdılar. 
XIII-
XIV əsrlərin mənbələrindən məlum olur ki, bu dövrdə zəhmətkeş 
əhalidən dövlət və feodalların mənafeyinə 45 adda müxtəlif vergi və 
mükəlləfiyyət tələb edilirdi.
İstifadə olunan torpağın müqabilində alınan başlıca vergi xərac idi. 
Rəsmi sənədlərdə qeydə alınmış məlumatlardan aydın olur ki, xərac vergisi 
məhsulun 60-70 faizini, əlavələrlə isə 70-80 faizini təşkil etməyə 
başlamışdı. 
Monqol işğalçılarının tətbiq etdiyi ağır vergilərdən biri də qopçur 
(monqol dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri 
maldarlar ödəyirdilər (hər 100 baş mal-qaradan 1 baş heyvan alınırdı). 
Tədricən qopçur can vergisinə çevrilərək şəhər və kəndlərin oturaq 
əhalisinə də şamil edildi. Qopçurun tətbiq edilməsi müsəlman hüququna 
(şəriətə) zidd idi. Şəriətə görə, can vergisi yalnız müsəlman olmayan 
əhalidən alına bilərdi. 
Qazan xanın islahatı qopçur vergisinin yığılmasında müəyyən dönüş 
yaratdı, vergi məbləğinin özbaşına artırılması qadağan olundu. Lakin bu 
islahata baxmayaraq, qopçur ağır vergi olaraq qalmaqda idi. 
Tamğa vergisi pulla ödənilirdi və onun məbləği çox yüksək idi. 
Tamğanın iki növü mövcud olmuşdu: böyük və kiçik tamğa. Böyük tamğa 
şəhər darvazalarında, gömrükxanalarda, məhsulların şəhərlərə gətirildiyi 
zaman alınırdı. Vergiyığanlar böyük məbləğ təşkil edən bu verginin 
ədalətliliyini təsdiq etmək üçün iri tərəzilərdən istifadə edirdilər. Kiçik tamğa 
vergisi isə bazarlarda, məhsulların satışı zamanı ödənilirdi. 
Qazan xanın islahatlarına uyğun surətdə, şəhər həyatının 
dirçəldilməsi məqsədilə bəzi şəhərlərdə tamğa vergisi müvəqqəti olaraq 
ləğv edilmiş, digər şəhərlərdə isə 50 faiz azaldılmışdı. Lakin ticarətin və 
sənətkarlığın inkişafı sayəsində tamğanın ümumi həcmi nəinki azaldı, 
əksinə, bu məbləğ artmağa başladı. 
Əvvəllər olduğu kimi, bu dövrdə də ticarət karvanlarından yol haqqı - 
bac alınırdı. Bac şəhər darvazalarının yanında, körpülərdə ödənilirdi. Bu 
işlə xüsusi gömrükxana məmurları məşğul olurdular. Bac əsasən başqa 
şəhərlərdə satılmaq üçün nəzərdə tutulmuş məhsulların müqabilində 


23
alınırdı. Əgər əmtəə şəhər bazarına satış üçün gətirilirdisə, onun əvəzində 
tamğa vergisi ödənilməli idi. Bac yığımının ən iri gömrük məntəqələrindən 
biri Araz çayı üzərində olan Xudafərin körpüsü olmuşdur. 
Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin 
olunması üçün şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Orta əsr 
mənbələrində bu vergilərin məcmusu ixracat istilahı ilə qeyd edilmişdir. 
Ordu hissələrinin, hərbi məmurların, elçilərin ərzaqla, heyvanla, ələflə 
təchizini ehtiva edən müxtəlif vergi və mükəlləfiyyətlər sistemi də mövcud 
idi. Sabit olmayan ictimai-siyasi, iqtisadi 
şəraitdə bu cür vergi və 
mükəlləfiyyətlər sistemi zəhmətkeşləri xüsusilə incidirdi. Müxtəlif təyinatlı, 
təcili xərcləri ödəmək məqsədilə dövlət və feodallar tərəfindən alınan avariz 
də əhalini müflisləşdirən vergilərdən biri idi.
Poçt xidmətinin ehtiyaclarını ödəmək üçün kəndlilər xüsusi 
mükəlləfiyyət daşıyırdılar: onlar rabitə məntəqələrini at, ulaq, qatır və digər 
nəqliyyat vasitələri ilə təmin etməli idi. Kəndlilər, şəhər əhalisi hərbi 
məmurları, elçiləri, əmirləri və digər yüksək rütbəli şəxsləri (onları müşayiət 
edənlərlə birlikdə) qonaq saxlamağa məcbur edilirdilər. 
Bağlardan xüsusi xərac alınırdı. Bu xərac bağbaşı (farsdilli 
mənbələrdə "bağşomare") adlanırdı. Hökmdara, hakimlərə, əyanlara 
verilməli peşkəş və hədiyyələrin müəyyən toplusu da mövcud olmuşdur. 
Həmin peşkəş və hədiyyələr ali şəxslərə onların müəyyən məkana gəlişi, 
müxtəlif dini və mülki bayramlarda iştirakı münasibətilə təqdim edilirdi.
Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə 
əsasən əhali dövlət anbarlarında yığılıb qalmış izafi kənd təsərrüfatı 
məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu. Tərx 
mükəlləfiyyəti dövlətə və feodallara kənd təsərrüfatı məhsullarını, 
sənətkarlıq məmulatını bazar qiymətlərindən aşağı qiymətə almaq imkanı 
da yaratmışdı. 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin