25
Vergi islahatı.
Baş verə biləcək müxtəlif qeyri-qanuni əməllərin
aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin bütün maliyyə
vergi sisteminin yenidən qurulması siyasətini yeritməyə başladı. Vergi
verməli olan əhalinin siyahısı
tərtib olundu, vergilərin növləri, məbləği və
vaxtı dəqiq müəyyən edildi. Vergilərin növləri, ödənilmə vaxtı taxta, metal,
daş lövhələr üzərində həkk olundu və müxtəlif yaşayış məntəqələrinin
nəzərəçarpan yerlərində qoyuldu. Tərtib
olunmuş dövlət sənədlərinə
düzəlişlərə imkan verməmək məqsədilə həmin sənədlərin əsli Şənbi-
Qazanda yerləşmiş xüsusi yerə təhvil verilməli idi.
Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin
məbləği, ödənilmə vaxtı, qaydası müəyyən edilmişdi. Dövlət torpaqlarından
alınan xərac vergisi məhsulun 60 faizini təşkil edirdi,
xüsusi torpaq
sahələrində isə əldə olunan məhsulun 10 faizi xərac vergisi şəklində
ödənilməli idi. Vergi alınarkən tərk edilmiş, uzun müddət ərzində
becərilməmiş torpaq sahələrini becərənlərə güzəştlər edilirdi.
Bu cür
sahələrin sahibəri becərmənin ilk ilində bütün vergilərdən azad olunurdular.
Üçüncü ildən etibarən, torpaq becərildikdən sonra, torpağın becərilməsi
çətinliyindən asılı olaraq xəracın məcmusu tədricən 3/4, 2/3 və 1/2
qədər
azaldılmışdı. Belə torpağı becərən şəxs mülk hüququnda həmin torpaq
sahəsinin sahibinə çevrilirdi.
Pul islahatı.
Qazan xan şəhər iqtisadiyyatının inkişafı üçün mühüm
əhəmiyyət kəsb edən bir sıra islahatlar da keçirmişdi. Pul tədavülü üzrə,
ticarət yollarının qorunması, bac toplanması, tamğa vergisinin yığılması
sahələrində təsirli tədbirlər görülmüşdü. Bütün Hülakülər dövləti miqyasında
sikkə zərb olunması işində vahid qayda bərqərar edildi. 1301-1302-ci illərin
islahatı nəticəsində dövlət ərazisində vahid
ölçü və çəki sistemi tətbiq
olundu. Təbrizdə mövcud olmuş çəki və ölçü vahidlərindən nümunə kimi
istifadə edilirdi.
Dostları ilə paylaş: