20
əkinçilik məhsulları istehsalının bir neçə dəfə azalmasına səbəb olmuşdu.
XIII əsrin sonlarında Azərbaycanda əkin üçün yararlı olan torpaqların yalnız
10 faizi becərilirdi.
Azərbaycanda monqol işğalının ağırlığını müəyyən qədər azaldan
amillər də mövcud idi. Bəzi şəhərlər (Təbriz, Bakı və s.), dağlıq və dağətəyi
ərazilərin
bir hissəsi monqol yürüşlərinə, işğalına, talanına məruz
qalmamışdı. Təbriz şəhəri monqol mənşəli Elxanilər dövlətinin paytaxtına
çevrilmiş, ictimai-iqtisadi, mədəni inkişafın yüksək mərhələsinə çatmışdı.
Təbrizdə monqol feodalları yerli dövlət ənənələrinin təsiri altına
düşmüşdülər. Azərbaycanın iqtisadi inkişafı üçün monqol ağalığının
nəticələri olduqca ağır və acınacaqlı oldu. Bu özünü Azərbaycanın ayrı –
ayrı əyalətləri üzrə dövlət xəzinəsi üçün yığılıb
toplanan gəlirin
azalmasında göstərdi. Həmdullah Qəzvininin “Nüzhət – ülqülüb”
əsərində verilən rəqəmlərə görə, 1220 və 1340-cı illər arasında indiki
Güney Azərbaycanın (Naxçıvan əyaləti ilə birlikdə)
dövlət xəzinəsinə
verdiyi gəlir 20 milyon dinardan 2,160 min dinara enmişdi. Aran və
Muğandan yığılan xəzinə gəliri 3 milyon dinardan 303 minə, Şirvandan
toplanan gəlir isə 1 milyondan 113 min dinara enmişdi. Bir sözlə,
“Atabəylər və Şirvan xalqları çağında” (Həmdullah Qəzvini)
Azərbaycanın dövləti mədaxil büdcəsi – birbaşa xəzinəyə çatan gəliri
25
milyon dinar olmuşdusa, XIV yüzilin 40-cı illərində yalnız 2,7 mln.
dinar idi. Göründüyü kimi, ölkənin dövlət gəliri
on qat
azalmışdı.
XIII əsrin sonu - XIV əsrin əvvəllərində Qazan xan islahat keçirdi,
müəyyən olunmuş vergi sistemi tətbiq edildi. Hülakülər
dövləti kimi iri bir
siyasi vahidin yaranması xeyli dərəcədə mütərəqqi prosesin güclənməsinə
səbəb oldu, vahid dövlət hüdudundakı ölkələrin mədəni baxımdan qarşılıqlı
təsirinə, tranzit ticarətin inkişafına əlverişli şərait yaratdı.
Dostları ilə paylaş: