Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 304,19 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix20.12.2023
ölçüsü304,19 Kb.
#187417
1   ...   7   8   9   10   11   12   13   14   15
282 azerbaycan tarixi m N6azerbaycanda monqol esareti

Rabitə islahatı. 
Yam (bu və ya başqa yüklərin qoşqu heyvanları
və ya arabalarla daşınması) və poçt mükəlləfiyyətləri kəndlinin
üzərindən götürüldü. Vahid rabitə sistemi yaradıldı. Başlıca yollarda üç
fərsəxdən bir yam (dayanacaq) açıldı. Yam əmirlərinin ixtiyarına
istənilən sayda qulluqçu və atlar verildi. Ezam olunan dövlət elçiləri
yol xərcini rəiyyətdən deyil, divandan almalı, kəndli evlərinə deyil
karvansaralarda gecələməli, bir ölkəyə varmaq üçün yalnız yam
xidmətindən istifadə etməli idilər. 
Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən 
dirçəlişinə, ticarətin canlanmasına yardım etdi. Lakin bu islahatlar tam 


26
şəkildə həyata keçirilmədi. Bunun üçün o dövrdə obyektiv şərait də yox idi. 
Qazan xanın islahatları ticarət yollarının təhlükəsizliyini təmin edə bilmədi.


27
NƏTİCƏ 
 
XIII əsrdə Azərbaycan yeni dəhşətli bir qüvvənin – monqolların 
hücumuna məruz qaldı. Savaşda ələ keçirilən ölkələrin nə dinc əhalisi, 
nə də məhsullar qüvvələrin və təsərrüfatın qorunub saxlanılması
köçəri monqol əyanlarını düşündürüb narahat etmirdi. Monqol əyanları
ilk növbədə ələ keçirdikləri ölkənin müqavimət gücünü birdəfəlik qırıb
heçə endirməyə çalışırdılar. 
Monqol ağalığı ölkə həyatının bütün sahələrinə ağır təsir göstərdi, 
ölkədə aqrarlaşma prosesi getdi. Monqol əyanlarının siyasəti rəiyyəti 
vergilər hesabına qarət etməkdən, yerli feodalları vassal asılılığına 
salmaqdan ibarət idi. 
Hülakülər dövləti yarandıqdan sonra Azərbaycanın vəziyyəti xeyli 
dərəcədə sabitləşdi. Azərbaycan bu imperiyanın tərkibində əsas yer 
tuturdu. 
Hülakülər dövlətinin Qızıl Orda xanları ilə apardığı fasiləsiz 
müharibələr Azərbaycanın sosial-iqtisadi həyatına mənfi təsir göstərirdi. 
Qazan xanın islahatları nəticəsində Azərbaycanın Şərq, Qərb ölkələri 
ilə iqtisadi əlaqələri bərpa olundu və genişləndi. Marko Polo və digər 
Avropa səyyahları Təbrizin Şərqin ən iri, möhtəşəm sənətkarlıq və ticarət 
mərkəzi olduğunu qeyd edirdilər.
XIV əsrin ortalarında Hülakülər dövləti daxili böhran nəticəsində 
dağılmağa başladı. Feodal çəkişmələrinin nəticəsi olaraq, kürdən cənubda 
yerləşən Azərbaycan əraziləri Cəlairilər dövlətinin tərkibinə daxil oldu. 
Şirvanşahlar öz dövlətlərinin müstəqilliyini xarici düşmənlərin təcavüzündən 
qoruya bildilər, ağıllı siyasət nəticəsində, hətta ən ağır şəraitdə belə, 
sərhədlərinin bütövlüyünü saxlamağa müvəffəq oldular.
 
 
 
 

Yüklə 304,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin