10
Monqollar bur
adan Gəncəyə yönəldilər və şəhəri tutmağa cəhd
etdilər. Əhalinin
müqaviməti elə güclü idi ki, işğalçılar qala divarlarını
dağıtdıqdan sonra da bir həftə ərzində şəhərə girməyə cürət etmirdilər.
Bəzi gəncəlilər öz əmlaklarının düşmən əlinə keçiməməsi üçün evlərini
yandırdılar, var-dövlətlərini məhv etdilər. Uzun mübarizədən sonra 1235-ci
ildə Gəncəni zəbt edən düşmənlər əhaliyə qanlı divan tutdular. Monqol
əsgərləri qənimət əldə etmək məqsədilə binaların xarabalıqlarını da
qazdırdılar, şəhər əhalisi tərəfindən gizlədilmiş qızılı,
gümüşü və qiymətli
əşyaları tapmağa cəhd göstərdilər. Monqolların hücumundan sonra Gəncə
4 il ərzində xaraba vəziyyətdə qaldı və yalnız sonralar şəhərin bərpasına
cəhd göstərildi.
Monqollar Azərbaycanın digər şəhərlərində də dağıntılar törətdilər,
Onlar Şəmkirdə ciddi müqavimətə rast gəldilər. Düşmən şəhərə
yaxınlaşdıqca şəmkirlilər şəhər hakimi Bəhramdan yadellilərə qarşı
mübarizəyə qalxmağı tələb etdilər. Lakin Bəhram buna razı olmadı.
Monqollar Şəmkiri mühasirəyə aldılar, şəhər ətrafındakı
xəndəklərə odun
və saman dolduraraq qala divarlarına qalxmağa cəhd göstərdilər.
Şəmkirlilər bundan xəbər tutub gecə ikən samana od vurub yandırdılar.
Şəhərə can atan monqol qoşunu xəndəkləri qum ilə doldurdu və bu üsulla
atəşə son qoyaraq şəhərə soxula bildi. Şəmkir yandırıldı, onun sakinləri
qılıncdan keçirildi.
Monqollar Azərbaycanın digər şəhərlərinə də yürüş etdilər. Bakı və
Tovuz ələ keçirildi. 1239-cu ildə Dərbənd şəhərinin zəbt olunması ilə bütün
Azərbaycan monqollar tərəfindən istila edildi.
İlk yürüşlərdən fərqli olaraq monqolların ikinci yürüşündə əsas
məqsəd zəbt edilmiş ölkələrdə (ilk növbədə
Azərbaycanda və ona qonşu
olan ərazidə) möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə
etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və İranda
məskunlaşdılar.
Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz ərazisi 1239-1256-cı
illərdə Ali monqol xaqanlığının təyin etdiyi canişinlər tərəfindən idarə
olunurdu.
Arqun Ağa Xorasan, İraq-i Əcəm, Azərbaycan (Şirvan da daxil
olmaqla), Gürcüstan,
Ermənistan, Lur və Kirmana canişin təyin olundu.
Arqun ağanın Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli
feodalların (vassalların) köçəri monqol əyanlarından asılılığını getdikcə
gücləndirməkdən ibarət idi. İri köçəri əyanlardan təyin olunan canişinlərə Ali
monqol xaqanlığı böyük etimad bəsləyirdi. Onların təyin olunduqları
ölkələrdə böyük imtiyazları vardı. Heç kimin canişinin isinə qarışmağa
ixtiyarı yox idi. Azərbaycanın əksər torpaq sahələri və otlaqları
monqol
11
canişinliyinin əlində toplanmışdı. Monqollar, ilk növbədə, tabe olmayan yerli
feodallara qarşı mübarizə aparır, onların əksəriyyətini torpaq
malikanələrindən məhrum edirdilər. Belə ki, Muğan ərazisi 110 monqol
noyonu arasında bölündü. Yerli feodalların bir qismi monqolların vassalı
kimi fəaliyyət göstərirdi. Onlar monqollara maddi yardım göstərməli, ordunu
ərzaq, geyim, at və digər ləvazimatla təmin etməli idilər.
Dostları ilə paylaş: