Windows əməliyyat sistemi



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   ...   9   10   11   12   13   14   15   16   17
windows emeliyyat sistemi

Start (Пуск) 

Search (Найти) 

For Files And Folders (Файлы и папки).
Açılan pəncərədə axtardığımız faylın adını və axtarış üçün lazım 
olan parametrləri qeyd edib
Search (Найти)
əmrini veririk. 
Kompyuter
in işinin sazlanması 
Kompyuterin işinin sazlanması Baş menyunun 
(Start, Пуск)
Sazlama 
(Settings, Настройки)
bölməsinin əmrləri vasitəsilə 
həyata keçirilir. Sazlama bölməsinin 
İdarəetmə paneli (Control panel, Панель управления) 
qovluğunu açdıqda qovluğun işçi 
sahəsində kompyuterin qurğularının və əməliyyat sisteminin bir sıra parametrlərini öz zövqümüzə və tələbatımıza uyğun sazlamağa 
imkan verən nişanların yerləşdiyini görərik. Bu nişanların sayı kompyuterin konfiqurasiyasından, ona qoşulmuş qurğuların sayından və 
proqram təminatından asılıdır. Onlardan bir neçəsi ilə tanış olaq: 
Tarix və vaxt (Date and time, Дата и время).
Bu bölmə cari tarixi və vaxtı göstərir. Müəyyən dəyişikliklər aparmaq tələb 
olunursa, müvafiq ay və il siyahıdan seçilir, gün isə kursoru təqvim çərçivəsində müvafiq ədədi seçməklə müəyyən edilir. Vaxtı isə, 
kursoru vaxt göstəricisi sətrinin üzərinə qoyub, cari vaxtı klaviaturadan müəyyən olunmuş formata uyğun daxil etməklə dəyişmək olar. 
Klaviatura (Keyboard, Клавиатура) 
vasitəsilə klaviatura dəyişdiricisinə mənimsədilən düymələri tənzimləmək, yeni dil 
əlavə etmək və s. mümkündür. 
Siçan (Mouse, Мышь) – 
bir neçə bölmədən ibarət dialoq pəncərəsi açır və siçan qurğusunun (manipulyator) müxtəlif iş 
rejimini tənzimləməyə imkan verir. 
Sistem (System, Система) 
nişanının dialoq pəncərəsi kompyuterin aparat təminatı, ƏS-nin versiyası haqqında məlumat, 
qurğuların drayverləri, sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişməyə imkan verir. 

Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin