Mühazirə : 8 İnformasiyanın ötürülmə üsulları. Kompüter şəbəkələri və onların təsnifatı



Yüklə 78,52 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix21.12.2023
ölçüsü78,52 Kb.
#188972
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
movzu 8. (1)

Üstün cəhətləri:


Şəbəkədəki informasiyalardan hər bir kompüter istifadə edə bilər.İşçi stansiyaları bir-birlərinə mane 
törətmədən şəbəkəyə qoşmaq və ya ayırmaq olar.Şin topologiyası üzərində qurulmuş şəbəkə daha ucuz 
başa gəlir.Şəbəkə yüksək dayanıqlılığa malikdir. Belə ki, işçi stansiyalar bir-birlərindən asılı deyillər. 
Mənfi cəhətləri:
Verilənlərin ötürülməsi aşağı sürətlə baş verir.Şəbəkənin işləmə sürəti şəbəkəyə qoşulmuş 
kompüterlərin sayından asılıdır. Belə ki, kompüterlərin sayı çoxaldıqca şəbəkənin ötürücülük 
qabiliyyəti azalır.Bu cürə şəbəkə növündə informasiya təhlükəsizliyi daha aşağı səviyyədədir. Çünki 
hər bir kompüterin digər kompüterlərdəki informasiyaya müdaxiləsi mümkündür. 
Ulduz topologiyası: 
Ulduz topologiyası tətbiq olunmuş şəbəkədə işçi stansiyalar arasında informasiya mərkəzi kompüter 
tərəfindən idarə olunur. Ulduzvari lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter 
mərkəzi qovşaq ilə ayrıca xəttlə birləşir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq 
vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri 
istifadə edirlər. Ulduzvari lokal şəbəkələrin əsas üstün cəhətləri ondan ibarətdir ki, kompüterlərarası 
informasiya mübadiləsi çox sadə olur və çətinlik törətmir. Ulduzvari şəbəkələrin çatışmayan cəhəti 
ondan ibarətdir ki, şəbəkənin etibarlılığının mərkəzi qovşağdakı kompüterdən asılı olmasıdır. Belə 
şəbəkələr saniyədə 100 meqabayt informasiya ötürmək imkanı verir. Məhz buna görə də əksər 
idarələrdə bu növ şəbəkədən istifadə olunur. Bu şəbəkə ən müasir sistemlərdən sayılır.

Üstün cəhətləri:
Şəbəkə yüksək ötürücülük qabiliyyətinə malikdir. Belə ki, informasiya mərkəzi kompüter tərəfindən 
idarə olunaraq ötürülür.
Verilənlərin ötürülməsi zamanı toqquşma baş vermir.
Çünki hər bir 
kompüter serverə ayrıca kanalla birləşdirilib. 

Yüklə 78,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin