Regional şəbəkəsi
– bu şəbəkə aralarındakı məsafə 10-100 km olan kompüterlər arasında qurula bilir.
Bunlara rayon və şəhər şəbəkələrini aid etmək olar.
Qlobal şəbəkəsi-WAN
(Wide Area Network) geniş
coğrafi əraziləri əhatə edən, özündə çoxlu sayda
lokal şəbəkələri və telekomunikasiya qurğularını birləşdirən şəbəkə növüdür.
Daha çox
tanınmışlarına Internet, Fido, Sprint, Relcom göstərmək olar.
Lokal hesablama şəbəkəsi:
Gündəlik ofislərdə istifadə olunan kompüter şəbəkələri əsasən lokal şəbəkələrdir. Lokal kompüter
şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində)
qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arasındakı məsafə adətən 1-2 km-dən çox olmur. Lokal
kompüter şəbəkələri müxtəlif
struktur üzrə qurulur
Bu şəbəkə imkan verir ki, şəbəkəyə qoşulmuş kompüter resurslarından birgə istifadə olunsun. Bu cürə
resurslara aiddirprinterlər, plotterlər. disklər, modemlər və digər periferiya qurğuları.
Lokal şəbəkənin aşağıdakı üç əsas topologiyası mövcuddur:
Şin topologiyası
Ulduz topologiyası
Halqa topologiyası
Şin topologiyası:
Şinlə birləşən lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu strukturlarda bütün
kompüterlər paralel
olaraq şinə qoşulur. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər
şəklində hər iki tərəfə ötürülür. İnformasiyanı göndərmək istəyən kompüter şinin boş olub-olmamasını
yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Bu sistem əslində köhnəlmiş hesab olunur
və hazırda demək olar ki, istifadə edilmir.
Dostları ilə paylaş: