Peyk rabitəsi vasitələri. Rabitə peykləri orbitdə Yerin səthindən on minlərlə
kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə eyni sürətlə
fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamağa imkan verir.
Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları yenidən
Yerə qaytarır.
Şəbəkə qurarkən bu rabitə vasitələrindən hər hansı birini seçmək üçün bir neçə amili
– şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə almaq lazımdır.
Verilənlərin ötürülməsi üçün simsiz vasitələr Mikrodalğa qüllәlәri Peyk rabitәsi Kompüter şəbəkəsi —
rabitə
xətləri
və
xüsusi
proqram
təminatı
ilə
bir-birilə
əlaqəli
kompüterlər
və periferiya avadanlıqları sistemindən ibarətdir.
İnformasiyanın
əldə olunması,
ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter
şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon
xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar
kompüter şəbəkəsi
internetdir
.
İnformasiyanın ötürülmə sürətinə görə şəbəkələr aşağısürətli (10 Mbit/san qədər), ortasürətli
(100 Mbit/san qədər) və yüksəksürətli (100 Mbit/san çox) şəbəkələrə bölünür.
Ölçüsünə görə şəbəkələr qlobal, lokal, və şəhər (regional) şəbəkələrə bölünür:
1.
Qlobal şəbəkələr (ing.
Wide Area Network, WAN )
2.
Lokal şəbəkələr (ing.
Local Area Network, LAN )
3.
Şəhər (regional) şəbəkələr (ing.
Metropolitan Area Network, MAN )
Lokal kompüter şəbəkəsi Kompüter şəbəkələri- bir-biri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdir. Hansı ki bu kompüterlər
arasinda informasiya mübadiləsi və resurslardan birgə istifadə etmək mümkündür. Kompüter şəbəkəsi
çoxlu sayda kompüterləri özündə birləşdirən verilənlərin ötürülməsi mühitidir.