Bu günləri qlobal şəbəkə dedikdə ilk ağlımıza gələn İnternet şəbəkəsidir. İnternet kompüterlər
şəbəkəsini birləşdirən ümumdünya sistemdir. Bu şəbəkəyə bəzən Ümumdünya şəbəkəsi və ya Qlobal
şəbəkə də deyilir. Şəbəkə TCP/IPprotokolu üzərində qurulub. 2012-ci il üçün İnternet istifadəçilərinin
sayı 2,3 miliardı keçmişdir.
Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən
və
informasiya
mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik
olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir
biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:
Verilənləri ötürmə şəbəkəsi;
EHM şəbəkəsi;
Terminal şəbəkəsi.
Dostları ilə paylaş: