NOVRUZÇĠÇƏYĠ (PRIMULACEA VENT.) FƏSĠLƏSĠNDƏN OLAN BƏZĠ NÖVLƏRĠN ABġERON ġƏRAĠTĠNƏ ĠNTRODUKSĠYASI
İbadlı O.V., Əsədov K.S., Hüseynova N.B.
AMEA Mərkəzi Nəbatat Bağı
Məqalədə novruzçiçəyi fəsiləsindən olan bəzi növlərin Abşeron şəraitində introduksiyası, becərilməsi, fitosenozun tərkibi və inkişaf fazalarından bəhs edilir. Açar sözlər: novruzçiçəyi, Abşeron, introduksiya, fitosenoz, inkişaf fazası
Novruzçiçəyi- Primulaceae fəsiləsinə və Primula cinsinə daxildir. Fəsiləyə 29 cins 800-ə
yaxın növ [5], başqa məlumatda isə 600 növ daxildir [4]. Bu növlər əsasən dağlıq ölkələrdə bitir.
Qafqazda və Azərbaycanda 8 cinsin növlərinə təsadüf olunur. Geniş yayılan Primula cinsinin yer
kürəsində 600-ə yaxın növü məlumdur. Qafqazda novruzçiçəyinin 23 növü, Azərbaycanda isə 8
növü məlumdur. Bu növlər aşağıdakılardır:
İriçiçəkli novruzçiçəyi- Primula macrocalyx Bunge.
Soyuq novruzçiçəyi- Primula algida Adams.
Voronov novruzçiçəyi- Primula woronovii Alosinsk.
Yulii novruzçiçəyi-Primula Juliae Kusn. Rəngbərəng novruzçiçəyi - Primula heterochroma Stapf.
Ruprext novruzçiçəyi- Primula uprechtii Kusn.
Pallas novruzçiçəyi- Primula pallas Lehm.
Qanadcıqlı novruzçiçəyi- Primula auriculata Lam.
Bizim bu mövsümdəki tədqiqatımıza birinci üç (iriçiçəkli, soyuq, Voronov) növlər daxildir.
AMEA Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində hər üç növ üzərində tədqiqat aparılmışdır.