Ġssn 2222-7849 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/118
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#18431
1   2   3   4   5   6   7   8   9   ...   118
Soyuq novruzçiçəyi – Primula algida- A.Qrossheym, An. Fyodorov, L. Prilipko tərəfindən 
işləmişdir  [3-5].  Bir  çox  alimlər  soyuq  novruzçiçəyini  müxtəlif  baxışdan  tədqiq  etmişlər  və  çox 
müxtəlif formasının, variasiyalarının olduğunu göstərirlər. 
Əvvəlcə təsvir etdiyimiz irikasacıqlı novruzçiçəyindən boyunun qısa və kök boğazında rozet 
formalı sıx yarpaqların, yarpaq üstü ağ tozvari örtüyün olması ilə fərqlənir. Kök sistemi qısa və az 
şaxələnəndir, ağımtıl olub qısadır.  
Soyuq novruzçiçəyi çoxillik bitkidir. Yarpaqları saplağı ilə birlikdə 2,5-8 sm uzunluğunda, 
0,5- 2,5 sm enindədir. Ortadan enlənmiş uzunsovdur, rozetdə 9-12 yarpaq olur, damarlanması aydın 
görünür. Yarpağın kənarları xırda mişarvarı dişlidir və ya  tamkənarlıdır. 
Kök telləri 4- 20 və bəzən də 30 sm- ə catır. Çiçək qrupu başcıq tiplidir, hər başlıqda 25-ə 
qədər çiçək olur. Çiçək saplağı qısadır və çiçək yanlığından gödəkdir, kasacığı zəngvaridir və beş 
damarlıdır, tacı ağımtıl  və  ya  sarı rənglidir. Qutucuğu uzunsovdur, kasacığa  bərabər  və  ya azacıq 
ondan  uzundur.  Toxumu  tünd-  bozumtuldur.  Təcrübə  göstərir  ki,  Abşeron  şəraitində  becərilən 
bitkilər təbii şəraitə nisbətən daha tez çiçəkləyir və tez də toxum verir. Aradaki fərq bəzən 8-10 gün 
olur. Toxumları  xırda, qaramtıl  və dairəvidir [1]. Torpağa səpilən toxumları  çox az cücərti (12%) 
vermişdir. 
May - iyun aylarında çiçəkləyir, toxumu iyul ayında yetişir. Qafqazda, Dağıstanda, Sibirdə, 
Orta  Asiyada,  Monqolustanda,  İranda  və  s.  yayılıb.  Azərbaycanda  Böyük  və  Kiçik  Qafqazda, 
Naxçıvanda,  subalp  və  alp  qurşaqlarda,  çəmənliklərdə  bitir.Kiçik  Qafqazdan  gətirilmiş  3  nüxsəsi 
Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində əkilmişdir. 
 
Novruzçiçəyinin soyuq növü (P.algida) iriçiçəkli (P. macrocalyx) növünə nisbətən kiçik və 
az dekorativdir [2]. 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin