Ġriçiçəkli (irikasacıqlı) novruzçiçəyi - Primula macrocalyx. Bu növ SSSR-i florası üçün
An.A. Fyodorov [5], Qafqaz florası üçün A.A.Qrossheym [3], Azərbaycan florası üçün
L.İ.Prilipko [4] tərəfindən işləmişdir.
Yarpaqları yumurtavarı və ya uzunsov- yumurtavarı, üst səthi qırışıqdır, uc hisssədən
dəyirmidir, oturacaq hissədən pazvarıdır.
Kökümsov gövdəli çoxillik bitkidir. Çoxsaylı qaytanvarı kök telləri vardır, müxtəlif
uzunluqdadır, bəzən əsas kökü 20-25 sm-ə çatır. Yarpaqları müxtəlif ölçülüdür və uzunluğu 2-20
sm, eni 2-9 sm-ə çatır, rütubətli yerdə yarpaq ölçüləri daha artıq olur.
Təbii ekoloji şəraitdən asılı olaraq aprel- may aylarında çiçəkləyir, yüksək dağlıq şəraitdə
çiçəkləməsi iyun ayına kimi uzanır. Toxumu iqlim səraitindən asılı olaraq may- iyun aylarında
yetişir və toxumla yaxşı çoxalır. Gövdəsinin (zoğunun) uzunluğu 35 sm- ə kimidir, bir gövdədə
(zoğda) 16 ədəd çiçək olur və çiçəklər zoğun ucunda qrup şəkilində aşağıya doğru bir tərəfə əyilmiş
olur. Ləçəkləri ağımtıl - sarı və ya açıq- sarı rəngdə olur. Çiçəklər quruduqdan sonra yarpaqlar rozet
şəkilində torpağın üzərində uzun müddət qalır. Çiçəklədikdə kasa yarpaqları azacıq köpür, 5
qabırğavarıdır və hər qabırğanın qurtaracağı üçbucaq şəklində sivriləşmişdir [1].
Dünyada Avropa hissəsində Krımda, Qərbi Sibirdə, Şərqi Sibirdə, İranda və s. ölkələrdə
meşə və kolluqlarda bitir. Azərbaycanda da Böyük və Kiçik Qafqazda, Talışda (Diabarda),
Naxçıvan MR-nın dağlıq hissəsində meşə və kolluqların tərkibində bitir. Çox dekorativ bitkidir.
Mərkəzi Nəbatat Bağının kolleksiyasında əkilib artırılır.