Novruzçiçəklərinin bitdiyi şərait nəmişli-varlı (D
2
) boz meşə qaratorpaqdır. Ümumi ərazi isə
pöhrədən törəmiş palıd- vələs tipli kolluqlardan ibarətdir. İriçiçəklı novruzçiçəyi bitkisində inkişaf
mərhələsi aşağıdakı kimidir:
1. Vegetasiyaya başlaması 10.III – 15.III
2. Cücərtiyə oxşar inkişaf (toxum yanlığı yoxdur) 15.III – 20.III
3. Zoğun inkişafı və qönçələmə 25.III – 30.IV
4. Çiçəkləməyə qədər olan dövr 10.III – 25.III
5. Çiçəkləmə və toxum vermə dövrü 20.III – 15.IV
6. Çiçəkləmənin qurtarması və toxumun yetişməsi 30.IV – 10.VI
7. Yetkinlik dövrü (inkişaf dayanır) 15.VI – 20.VI
Göstərilən mərhələləri keçməklə bitki ömrünü başa vurur, əsas yerüstü gövdə (zoğ)
quruyaraq məhv olur. Bitkinin yarpaqları və kökümsovları qalır və inkişaf etmirlər.
Növbəti yaza kimi sakitlik dövrü keçirir. Növbəti yazda (mart-aprel aylarında) yenidən
vegetasiyaya başlayır və çiçəkləmə dövründə ətraf landşafta xüsusi gözəllik verir.
Dostları ilə paylaş: