Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Salmanasar  İç Zamuadakı bəzi  məntəqələri ələ keçirdikdən sonra  Manna ölkəsinə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə11/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Salmanasar 
İç Zamuadakı bəzi 
məntəqələri ələ keçirdikdən sonra 
Manna ölkəsinə 
qədər gedib çıxmış, ancaq 
müqavimət nəticəsində bu ölkəyə girə bilməmişdi. E. ə. 829-cu ildə Assuriyanın 
Mannaya yeni hücumu ilə bağlı mixi yazısında bu dövlətin hökmdarı 
Udakinin 
və paytaxt şəhəri 
Zirtanın 
(sonralar 
İzirtu) 
adı çəkilmişdir. Mannanın bir 
dövlət kimi formalaşmağa başlaması e. ə. IX əsrin ortalarına düşür. Həmin əsrin 
30 - 20-ci illərində Urmiya gölünün bütün cənub və cənub - şərqindəki 
«ölkələr»in çoxu Udakinin hakimiyyəti altında birləşdirilmişdi. 
E. ə. IX əsrin sonu - VIII əsrin əvvəllərində Manna dövləti dəfələrlə 
qonşu 
Assuriya 
və 
Urartu 
kimi çox qüdrətli dövlətlərin çoxsaylı talanedici 
15 


yürüşlərinə məruz qalmışdır. Bu amansız savaşlarda Manna böyük əhali və təbii 
sərvətlərini qurban vermək bahasına öz təhlükəsizliyini və dövlətçiliyini 
qoruyub saxlaya bilmişdir. Manna imkan düşən kimi ona düşmən kəsilən 
dövlətlərin üzərinə yürüşlər edirdi. E. ə. 776 - 775-ci illərdə Manna Urartu 
üzərinə hücum etmiş və bu hadisə Urartu yazısında «Manna ölkəsi gəldi» kimi 
verilmişdir. 
Mannanın vüksəlisL
E. ə. 743-cü ildə assurlarm Mannanın əsas 
düşməni olan Urartuya ağır zərbə endirməsi ölkəmizi talanedici hərbi 
yürüşlərdən xilas etdi. Qədim dövlətimizin çiçəklənmə dövrü başladı. Manna 
hökmdan İranzu (e. ə. 740 - 719) güclü Assuriya dövlətinin bölgədə siyasi 
üstünlüyünü qəbul edərək onun gücündən əsas düşməni olan Urartuya qarşı 
istifadə etməyə çalışırdı. Assuriya isə Urartu ilə apardığı müharibələrdə 
Mannaya öz müttəfiqi kimi yanaşırdı. Belə əlverişli beynəlxalq şəraitdən 
istifadə edən İranzu vaxtilə Urartunun ələ keçirdiyi əraziləri Assuriyanın 
köməyi ilə geri qaytarmışdı. Onun dövründə Cənubi Azərbaycanın demək olar 
ki, bütün torpaqlan Manna dövlətinin tərkibində idi və dövlətin şimal hüdudları 
Araz çayına çatmışdı. Nəticədə Manna qədim Şərqin dörd qüdrətli dövlətindən 
biri olmuşdu. İranzu mərkəzləşdirmə siyasəti yeridərək bütün vilayətlərin 
hakimlərini özünə tabe edə bilmişdi. Assuriya ilə müttəfiqlik, yaxmiıq siyasəti 
İran- zuya ölkəsini bütöv saxlamağa imkan verirdi. Ancaq bəzi vilayətlər 
mərkəzə tabe olmasınlar - deyə Urartuya meyllənir, bu isə dövlətin 
parçalanması üçün böyük təhlükə yaradırdı. E. ə. 719-cu ildə bəzi vilayət və 
şəhərlər İranzuya qarşı çıxaraq üsyan qaldırsalar da, assurlarm köməyi ilə bu 
üsyan yatınidı. 
İranzunun ölümündən sonra taxta onun böyük oğlu Aza (e. ə. 718 - 716) 
çıxdı. Urartunun fitnəsinə uyan və ondan kömək alan bəzi vilayət hakimləri onu 
devirdilər və qardaşı Ullusununu (e. ə. 716 - 680) hakimiyyətə gətirdilər. 
Ullusunu Urartu ilə ittifaqa girdi və 22 qalanı ona bağışladı. Manna kimi 
müttəfiqin və Urartuya qarşı mühüm strateji əhəmiyyətli qalalann və ərazinin 
itirilməsi ilə barışmayan Assuriya hökmdan II Sarqon e. ə. 716 - 715-ci və e. ə. 
714-cü ildə Mannaya yürüşlər etdi. Nəticədə Mannada Assuriyanın siyasi 
üstünlüyü təmin edildi, 22 qala geri qaytarıldı, urartupərəst qüvvələr sıradan 
çıxarıldı. II Sarqon Ullusununun Mannanın hökmdar taxtında yenidən 
əyləşməsi ilə banşmalı oldu. E. ə. 714-cü ildə II Sarqomm Urartuya uğurlu 
yürüşü nəticəsində bir sıra Manna vilayətləri geri qaytanldı, Mannanın Urartu 
təcavüzündən yaxa qurtarıb tam müstəqil dövlətə çevrilməsi üçün əlverişli şərait 
yarandı. 
Manna e. ə. 714-cü ildə Urartuya qarşı aparılan müharibə ilə əlaqədar 
Assuriyaya bac versə də, sonrakı dövrlərdə uzun müddət belə məlumatlara rast 
gəlinmir. E. ə. 713-cü ildə Ullusunu Sarqonu bacla deyil, hədiyyələrlə 
qarşılamışdır. II Sarqon da Manna hökmdarını öz yaxın müttəfiqi kimi kətan və 
yundan toxunmuş rəngli geyimlər, xəncər və üzüklər bağışlamaqla 
dəyərləndirmişdi. II Sarqon ölkədən çıxan kimi Ullusunu Assuriyanın siyasi 
üstünlüyünü tanımaqdan imtina etmiş, hətta Assur torpaqlarına yürüşlərə 
16 


başlamışdı. Assur qaynaqlarında e. ə. VIII əsrin sonu-VII əsrin əvvəllərində 
Mannanın Assuriyaya boyun əyməməsi haqqında çoxlu məlumatlara rast 
gəlirik. Manna, hətta öz ərazilərini Assur torpaqları hesabına genişləndirməyə 
başlamışdı və onun bir sıra qalalarını ələ keçirmişdi. E. ə. 674-cü ildə Manna 
hökmdarı onun ölkəsinə gəlib məskunlaşmış iskitlər və kimmerlərlə Assuriyaya 
qarşı ittifaqa girmişdi. Tarixdə qədim türk etnosları kimi xatırlanan kimmer və 
iskitlərin Manna ərazisində e. ə. VII əsrin ortalarında bir hökmdarlıq yaratması 
haqqında məlumatlara rast gəlinir. İskit padşahlığının hökmdarı Tuqdamme 
olmuşdur. İskitlər Mannaya qonşu olan Midiyada da 28 il (e. ə. 653 - 625) ağalıq 
etmişdilər. Assurlar Mannanın iskitlərlə ittifaqını pozmağa çalışır və bəzən buna 
nail olurdular. 
E. ə. VII əsrin 70 - 50-ci illərində Manna hökmdarı Ahşerinin (e. ə. 
675-650) tam müstəqilləşməsi və Assuriyaya qarşı çıxması yeni savaşlara səbəb 
oldu. Assur hökmdarı Aşşurbanipal Mannanın ələ keçirdiyi qalaları geri 
qaytarmaq niyyətində idi və Mannaya yürüş edərsə, uğur qazanıb 
qazanmayacağı haqda öz tanrısının rəmmahna belə bir sorğu ilə müraciət 
etmişdi: «Assur ordusu Mannanın tutduğu Assur qalalarını geri qaytarmaq üçün 
getsə, müqavilə və ya döyüşlə, fərqi yoxdur, o, bu qalaları qaytaracaqmı?». 
Göründüyü kimi. Manna öz gücünə görə elə bir həddə gəlib çatmışdı ki. Şərqin 
ən qüdrətli dövlətlərindən biri olan Assuriyanın hökmdarı bu ölkəyə yürüşünün 
nə ilə nəticələnəcəyini bilmədiyindən rəmmaldan soruşmağa məcbur olmuşdu. 
E. ə. 660 - 659-cu ildə assurlarla mannalılar arasında baş verən savaşda 
Ahşeri məğlub olmuşdu. Bu məğlubiyyətdən sonra Mannada daxili çəkişmələr 
başlamış və Ahşeri e. ə. 650-ci ildə üsyan nəticəsində öldürülmüşdü. Ahşerinin 
oğlu Ualli (e. ə. 650 - 630) Assuriyayla ittifaqı bərpa etməyə məcbur olmuşdu. 
E.ə. VII əsrin sonlarında Assuriya Babilistan ilə ölüm-dirim savaşma çıxanda 
Manna müttəfiqlik borcuna sadiq qalıb, ona hərbi qüvvə ilə yardım göstərmişdi. 
Mannanın adı e. ə. 593-cü ildə Bibliyada çəkilmişdir. Burada Manna 
iskitlər və Urartu ilə birlikdə Babilə qarşı mübarizəyə çağırılmışdır. E. ə. 590- cı 
ildə Manna torpaqları Midiya ordusu tərəfindən işğal olunmuş və nəticədə 
Manna dövləti süquta uğramışdı. Manna ilə təxminən eyni vaxtda İskit 
padşahlığına da Midiya tərəfindən son qoyulmuşdur. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin