İ N F O R M A T İ K A
____________________________________________________________
36
İNFORMASİYA SİSTEMİ, STRUKTURU.
İNFORMASİYA SİSTEMİ İQTİSADİ İNFORMASİYANIN
ƏSAS OBYEKTİ KİMİ
Müəyyən qrup obyektlərin vəziyyətini əks etdirən informasiyanın formalaş-
ması, yığılması, saxlanması, axtarışı, işlənməsi və ötürülməsi
proseslərini yerinə
yetirən sistemə
informasiya sistemi
deyilir.
İnformasiya sisteminin yaradılmasında məqsəd istifadəçiləri lazımi
informasiya ilə təmin etməkdən ibarətdir. İnformasiya sisteminə misal olaraq
qeyd kitabçasını, müxtəlif məlumat-arayış kitabçalarını,
kartotekalarda təşkil
olunmuş biblioqrafik sistemləri və s. göstərmək olar.
İnformasiya sistemlərinin elementləri məzmunu və reallaşdırılması əlamətinə
görə idarəetmə sistemləri iqtisadi, texniki, sosial, bioloji və s. sistemlərə ayrılırlar.
İdarəetmə sistemlərində idarəetmə obyektləri ilə qarşılıqlı əlaqə yolu ilə idarəedici
elementlərin reallaşdırılması həyata keçirilir. Bu sistemlər içərisində iqtisadi
sistemlər daha geniş yer tutur.
İqtisadi sistemlər maddi nemətlərin istehsalı, bölgüsü,
mübadiləsi və
istehlakını həyata keçirməklə, cəmiyyətin funksional altsistemidir. İqtisadi
informasiya sistemlərin fəaliyyəti zamanı insanlar
müəyyən ictimai-istehsal və
iqtisadi münasibətlərdə olurlar. Ona görə də iqtisadi
informasiya sistemləri
məhsuldar qüvvələrlə istehsal münasibətlərinin vəhdətindən təşkil edilir.
İqtisadiyyatın idarə edilməsinin informasiya
sistemi özünəməxsus
xüsusiyyətlərə
malikdir
və
bu
xüsusiyyətlər
idarəetmə
obyektinin
xüsusiyyətlərindən irəli gəlir.
İqtisadi informasiya sistemi obyektlərin fəaliyyətini adekvat (olduğu kimi)
şəkildə əks etdirmək və idarəetmə funksiyalarını təmin etmək üçün nəzərdə
tutulmuşdur.
İnformasiya sistemlərinin öyrənilməsi məqsədilə
təhlil və sintez həyata
keçirilir. Təhlil vasitəsilə iqtisadi informasiyanın xassələri, onun qiymətləndirilməsi,
adekvat informasiya dilinin seçilməsi təmin olunur.
Sintez isə iqtisadi məsələlərin maşında həll edilməsi sistemlərinin
qurulmasının, o cümlədən informasiya daşıyıcılarının, onun kodlaşdırılmasının və
klassifikatorlarının layihələndirilməsinə xidmət edir.
İnformasiya sistemlərinin tədqiq edilməsi məsələlərin
müasir kompüterdə
həllinin layihələndirilməsindən əvvəl həyata keçirilməlidir. Bu halda məsələlərin
tərkibi
və parametrləri, informasiyanın təsnifləşdirilməsi məntiqi səviyyədə onun
quruluşunu aşkar edir.
Müasir kompüter texnologiyaları əsasında yaradılan informasiya sistemləri
avtomatlaşdırılmış iqtisadi informasiya sistemləri adlanır. Avtomatlaşdırılmış
iqtisadi informasiya sistemləri texniki, proqram, linqvistik və metodoloji vasitələr
komplekslərindən təşkil olunmuş mürəkkəb bir sistemdir. Texniki vasitələrin
tərkibinə fərdi kompüterlərdən başqa informasiyanın avtomatik ötürülməsi, qeyd