İNFORMASİYA SİSTEMİNİN APARAT VƏ
PROQRAM HİSSƏSİ
Kompüter informasiya sistemində yerinə yetirilən işin texnologiyası,
kompüterin tətbiq olunduğu sahələrdən kənarda fəaliyyət göstərən mütəxəssis
tərəfindən asanlıqla başa düşülür, mütəxəssisin peşə fəaliyyəti proseslərinə
nəzarəti və həmin prosesləri idarə etməsi zamanı uğurla istifadə olunur.
İqtisadi informasiya sistemlərinin tətbiq edildiyi sahədən asılı olmayaraq
informasiyanın işlənməsinin bütün sistemləri praktiki surətdə elmi tərkib hissələr
(komponentlər) yığımını özündə birləşdirir və bu komponentlər şərti olaraq
təminat növləri adlandırılır.
Beləliklə istənilən informasiya sistemləri quruluşu təminat altsistemlərin
yığımı (quruluşu) kimi təsəvvür edilir.
İ N F O R M A T İ K A
____________________________________________________________
38
İqtisadi informasiya sistemləri ümumi formada aşağıdakı kimi göstərilir.
Texniki təminat məlumatların işlənmə sisteminin fəaliyyəti üçün tətbiq
edilən texniki vasitələr kompleksindən ibarətdir. Bu kompleksin tərkibinə həm
məlumatların işlənməsinin tipik əməliyyatlarını reallaşdıran vasitələr (informasiya
toplayan, qeyd edən, ilkin işləyən, periferiya qurğuları, müxtəlif təyinatlı təşkilat
texnikası, telekommunikasiya və rabitə vasitələri və s.), həm də müxtəlif
parametrlərə malik hesablama maşınları daxildir.
İnformasiya sisteminin riyazi təminatına konkret hesablama maşınının riyazi
təminatı ilə yanaşı, ayrı-ayrı məsələlərin riyazi təminatı, sənədlər və təminatlar
daxildir. Ümumi sistemin riyazi təminatı isə istehsal-iqtisadi məsələlərin işçi
proqramlarının tərtibi zamanı sistemin fəaliyyətini təmin edən vasitələrin və
standart proqramların məcmusundan ibarətdir.
Proqram təminatı məlumatların avtomatlaşdırlmış işlənmə sisteminin
yaradılması və istismarı üçün istifadə edilən proqram vasitələrinin məcmusundan
ibarətdir. Proqram təminatının tərkibinə baza (ümumi sistem) və tətbiqi (xüsusi)
proqram məhsulları daxildir. Baza proqram vasitələri insan və kompüterin
qarşılıqlı fəaliyyətinin avtomatlaşdırılması, məlumatların işlənməsinin tipik
proseduralarının təşkili, məlumatların işlənməsi sisteminin texniki vasitələrinin
fəaliyyətinin nəzarət edilməsi və onların diaqnostikasına xidmət göstərir.
Tətbiqi proqram təminatı informasiya sisteminin funksional məsələlərinin
həlli prosesinin avtomatlaşdırılması üçün istifadə edilən proqram məhsullarının
məcmusundan ibarətdir. Onlar həm universal vasitələr kimi (mətn redaktorları,
elektron cədvəlləri, məlumat bazalarının idarə edilməsi sistemləri), həm də
müxtəlif təbiətli obyektlərin funksional altsistemləri məsələlərinin reallaşdırılması-
nın xüsusi vasitələri kimi işlənib hazırlana bilər.
İnformasiya təminatı informasiyanın yerləşdirilməsi, təşkili üsulları və vasi-
tələri məcmusundan ibarət olmaqla unifikasiya edilmiş sənədlər sistemini, əlverişli
sənəd dövriyyəsi və sənəd formalarını, təsnifat və kodlaşdırma sistemini və
sistemin maşındaxili informasiya bazasının yaradılması üsullarını özündə
birləşdirir. Qəbul edilən idarəetmə qərarlarının düzgünlüyü və keyfiyyəti xeyli
dərəcədə işlənib hazırlanmış informasiya təminatının keyfiyyətindən asılıdır.
İnformasiya sisteminin təşkilati təminatı dedikdə, iqtisadi-riyazi metodların
EHM (Elektron Hesablama Maşınları) və təşkil texnikasının geniş tətbiqi şəraitində
Texniki təminat
Riyazi təminat
Proqram təminatı
İnformasiya təminatı
Təşkilati təminat
Hüquqi təminat
İnformasiya
sistemi
|