İ N F O R M A T İ K A
____________________________________________________________
40
MÜXTƏLİF ƏLAMƏTLƏRƏ GÖRƏ İNFORMASİYA
SİSTEMLƏRİNİN TƏSNİFATI
İqtisadi informasiya sistemləri texnoloji aspektdə
idarəetmə prosesində
yerinə yetirdiyi funksiyalara görə aşağıdakı kimi təsnifləndirilir:
informasiya-axtarış;
informasiya–işlənmə;
informasiya - məsləhətçi;
məlumatların ötürülməsi sistemləri;
informasiya - sorğu və s.
İnformasiya-axtarış sistemləri məlumatların axtarışına və təzələnməsinə
görə məntiqi əməliyyatların yerinə yetirilməsinə istiqamətlənir.
İnformasiya–işlənmə sistemlərinə iqtisadi informasiyanın
çevrilməsi
məsələlərinin həllini təmin edən sistemlər daxildir.
İnformasiya-sorğu sistemlərinin vasitəsilə yalnız axtarış əməliyyatlarının
reallaşdırılması deyil, həmçinin axtarış, nəticələrin məntiqi işlənməsi, cavabların
formalaşdırılması, sorğular üzrə verilməsi həyata keçirilir.
İnformasiya-məsləhətçi bir sistem kimi daha yüksək pillədə durur. Onların
vasitəsilə standart proqramlar üzrə istehsal–maliyyə fəaliyyətinin təhlili,
idarəetmə
qərarlarının qəbul edilməsi üzrə nəticələrin və tövsiyələrin formalaşdırılması təmin
edilir.
İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS
KOMPONENTLƏRİ VƏ FƏALİYYƏT SXEMİ
İqtisadi informasiya sistemləri növlərinin müxtəlifliyindən və tətbiq edildikləri
sahələrdən asılı olmayaraq özünün tərkibində aşağıdakı üç əsas komponentlər
yığımını birləşdirir:
funksional
komponentləri;
məlumatların işlənməsi
sisteminin komponentlərini;
təşkilati komponentləri.
Ümumiyyətlə iqtisadi informasiya sistemlərinə aşağıdakıları aid etmək olar:
funksional komponentləri;
funksional
altsistemləri;
funksional məsələləri;
modellər və alqoritmləri;
məlumatın təhlili (işlənməsi) sisteminin komponentlərini;
informasiya təminatını;
proqram təminatını;
texniki təminatı;