İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə43/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   39   40   41   42   43   44   45   46   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
42 

planlaşdırma; 

uçot, nəzarət və iqtisadi təhlil; 

tənzimləmə (icra). 
Planlaşdırma idarəetmənin elə bir funksiyasıdır ki, onun vasitəsilə idarəetmə 
obyektinin gələcək fəaliyyətinin təşkil edilməsi üçün planların formalaşdırılması 
təmin edilir. 
Uçot, nəzarət və iqtisadi təhlil funksiyaları müəyyən dövr üçün idarə olunan 
obyektin vəziyyəti haqqında zəruri məlumatların alınmasını, plan tapşırıqlarının 
yerinə yetirilməsinin gedişi barədə faktiki məlumatların əldə edilməsini, 
kənarlaşmaların səbəblərinin müəyyən edilməsini, vəziyyətin təhlil edilərək 
qiymətləndirilməsini, istifadə edilməmiş ehtiyatların aşkara çıxarılmasını və yol 
verilmiş nöqsanların aradan qaldırılması istiqamətində təkliflər hazırlanmasını 
təmin edir. 
Tənzimləmə (icra) funksiyasi isə obyektin fəaliyyətinin yaxşılaşdırılması üçün 
idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsini nəzərdə tutur. 
Funksional məsələlərin təhlili göstərir ki, mütərəqqi texniki vasitələrin və 
informasiya texnologiyalarının tətbiqi şəraitində onların praktiki surətdə 
reallaşdırılması müxtəlif variantlarla həyata keçirilə bilər, yəni eyni bir məsələnin 
həlli üçün müxtəlif iqtisadi-riyazi üsullardan, modellərdən, alqoritmlərdən və 
proqram texniki vasitələrdən istifadə edilir. 
Məlumatların işlənməsi sisteminin əsas funksiyası onun aşağıdakı tipik 
əməliyyatlarının reallaşdırılmasından ibarətdir: 

informasiyanın yığılması, qeyd edilməsi və informasiya daşıyıcılarına 
köçürülməsi; 

informasiyanın saxlanma və təhlil edilmə yerinə ötürülməsi; 

informasiyanın kompüterə daxil edilməsi, ona nəzarət və məlumatların 
kompüterin yaddaşında sistemli qaydada yerləşdirilməsi; 

maşındaxili informasiya bazasının yaradılması və aparılması; 

idarəetmə obyektinin funksional altsistemləri məsələlərinin həlli üçün 
informasiyanın hesablama maşınında emalı; 

texnoloji proseslərin birbaşa idarə edilməsi üçün siqnallar vasitəsilə digər 
sistemlərlə əlaqələrin yaradılması; 

lokal və qlobal hesablama şəbəkələrində hesablama prosesinin təşkili və 
idarə edilməsi. 
Məlumatların təhlil olunma sisteminin başlıca təyinatı müəssisədə qərarlar 
qəbul edən müxtəlif idarəetmə orqanları mütəxəssislərinə zəruri informasiya-
hesablama xidmətləri göstərilməsindən ibarətdir. 
Məlumatların işlənməsinin tipik əməliyyatlarının müəyyən edilməsi, onların 
reallaşdırılması üçün xüsusi proqram-aparat komplekslərinin yaradılmasına imkan 
verir. Məlumatların təhlil olunması sistemləri aşağıdakı üç əsas rejimdən birində 
fəaliyyət göstərə bilər: 

paket; 

interaktiv; 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin