İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə40/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   36   37   38   39   40   41   42   43   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 39 
bu sistemi, onun altsistemlərinin və elementlərinin layihələndirilməsi və tətbiqinə, 
onlar 
arasında 
quruluşca 
qarşılıqlı 
əlaqələrin 
yaradılması 
işlərinin 
bölüşdürülməsinə, optimal sistemin yaradılmasında və tətbiq edilməsində iştirak 
edən şəxslərin, kollektivlərin öz funksiyalarını vaxtında, keyfiyyətlə yerinə 
yetirməsinə və s. imkan verən metodların və proseslərin məcmusu nəzərdə 
tutulur. Təşkilati təminat altsisteminin əsas məsələlərindən biri onun 
layihələndirmə mərhələlərinin və hər bir mərhələdə həll ediləcək məsələlərin 
müəyyən edilməsidir. 
Hüquqi 
təminat 
informasiya 
sisteminin 
yaradılması 
fəaliyyətini 
reqlamentləşdirən hüquqi-normativ aktların məcmusundan ibarətdir.
Hüquqi təminat sifarişçi ilə informasiya sistemini işləyib hazırlayan icraçı 
arasındakı qarşılıqlı müqavilə münasibətlərini müəyyən edən normativ aktları, 
kənarlaşmaların hüquqi cəhətdən tənzimlənməsini özündə birləşdirir. Hüquqi 
təminatın əsasını təşkil edən bütün sənədləri aşağıdakı qruplara bölmək olar: 

informasiya sisteminin yaradılması qaydasını əks etdirən sənədlər; 

sistemin bölmələrinin və işçilərin hüquqi statuslarını müəyyən edən 
sənədlər sistemində informasiya proseslərini tənzimləyən sənədlər; 

informasiyadan istifadə, qarşılıqlı mübahisələrin həll edilməsi, kənar 
sistemlərlə əlaqələri müəyyən edən sənədlər və s.
İnformasiya sistemləri bir çox əlamətlər üzrə təsnifləndirilir. İnformasiya 
sistemlərinin yaradılması və təsnifatı zamanı elə problemlər ortaya çıxır ki, 
məsələlərin həllinin riyazi və alqoritmik şəkildə yazılması zərurəti yaranır. Belə 
məsələnin yazılışında riyazi dəqiqlik daha çox olanda məlumatların kompüterlə 
işlənməsi üçün daha yüksək səviyyədə imkanlar yaranır və bu prosesdə insanların 
iştirakı daha az olur. Belə hallarda məsələlərin həll edilməsinin avtomatlaşdırılması 
səviyyəsi artmış olur. 
Bu cür məsələlər əsasən üç tipdə olurlar: 

strukturlaşdırılmış; 

strukturlaşdırılmamış; 

qismən strukturlaşdırılmış məsələlər. 
Strukturlaşdırılmış məsələlərin bütün elementləri məlum olur və onlar 
arasında əlaqə olur. Strukturlaşdırılmamış məsələlərin elementlərini müəyyən 
etmək mümkün olmur və elementlər arasında da əlaqə yaratmaq mümkün deyil. 
İnformasiya sistemləri idarəetmə səviyyələri və funksional əlamətlər üzrə 
təsnif olunur. Bu təsnifatın növləri istehsalat sistemləri, marketinq sistemləri, 
maliyyə və uçot sistemləri, kadrlar sistemləri (insan resursları) və firmaların 
spesifik fəaliyyətindən asılı olaraq köməkçi funksiyaları yerinə yetirən və s. tiplər 
ola bilər. 
İnformasiya sistemləri də təsnif olunur. Bura əl, avtomatik və 
avtomatlaşdırılmış informasiya sistemləri daxildir.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin