(«tikinti bloklarının») fərqli xassəyə malik olması ilə əlaqədardır. Amin turşuları zülalın
tərkibində ciddi ardıcıllıqla düzülməklə onların birinin sonu peptid rabitəsi ilə
digərinin başlanğıcı ilə birləşib uzun polimer zənciri yaradır. Hər bir zülal tipi
yalnız onun özünə xas olan kimyəvi tərkibə, molekul çəkisinə və amin
turşularının spesifik ardıcıllığına malikdir. Tərkibinə görə zülallar 2 sinifə-sadə
(hidroliz zamanı yalnız amin turşuları əmələ gətirir) və mürəkkəb (hidroliz
zamanı həm amin turşuları, həm də üzvi və qeyri-üzvi maddələr əmələ gətirir)
bölünür.
Zülallar orqanizmin bütün hüceyrə, orqan və toxumalarının quruluşunun
əsasını təşkil edir və onların başlıca elementi 20 amin turşusundan ibarətdir.
DNT irsiyyətin əsas maddi daşıyıcısı olmaqla ilk dəfə 1868-ci ildə İsveçrə
həkimi İ.F.Mişer tərəfindən kəşf edilib. O, hüceyrənin nüvəsindən turşu xassəli
xüsusi maddə ayıraraq onu
«nuklein» adlandırmışdır. Nukleinin tərkibində isə
çoxlu miqdarda fosfor aşkar olunmuşdur. Sonralar isə kimyaçı alimlər Altman
1889-cu ildə mayadan, Lilenfeld isə buzovun qalxanabənzər vəzindən nuklein
turşusu ayırmışlar. 1900-1932-ci illərdə nuklein turşusunun kimyəvi tərkibinin
fosfat turşusundan əlavə purin (adenin, quanin) və pirimidin (timin, sitozin)
əsaslarından və karbohidratdan ibarət olması aşkar olunmuşdur. Nuklein
turşusunun tərkibində riboza olduğuna görə onu
ribonuklein turşusu – RNT adlandırmışlar. Buzovun timus vəzindən ayrılan nuklein turşusunun tərkibində
dezoksiriboza
aşkar
olunduğundan
həmin
turşu
dezoksiriboza (dezoksiribonuklein) turşusu (DNT) adlandırılmışdır. DNT-də pirimidin əsası
timin urasil ilə əvəz olunmuşdur. 1936-cı ildə rus alimləri A.N. Belozerski və
İ.İ.Dubrovski ilk dəfə olaraq bitkilərdən tamamilə təmiz DNT ayırmışlar.
Alimlər yeni fiziki, fiziki-kimyəvi və kimyəvi üsulların köməkliyi ilə sübut
etmişlər ki, viruslar müstəsna olmaqla bütün canlı orqanizmlərin hüceyrələrində
həm DNT, həm də RNT vardır. Onlar həm quruluşuna, tərkibinə, həm də
əlamətlərinə görə bir-birindən xeyli fərqlənirlər
(cədvəl 9) . 1950-ci ildə
E.Çarqaff xromatoqrafiya üsulu ilə sübut etmişdir ki, DNT-nin tərkibində
139
adeninin miqdarı timinin (A=T), quanininki isə sitozinin (Q=S) miqdarına
bərabərdir: