Fяxrяddиn mustafayev


Splaysinq – intronlar (kodlaşmayan və



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə146/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   207
N 349

Splaysinq – intronlar (kodlaşmayan və 
özündə heç bir informasiya saxlamayan sahələr) kəsilib çıxarıldıqdan 
sonra ekzonların
(ilkin RNT-transkriptin intronlarla ayrılmış kodlaşan 
sahələr)
bir-biri ilə birləşməsi nəticəsində sərbəst m-RNT molekulunun 
sintezindən və RNT molekulunun yenidən formalaşmasından ibarət olan 
mürəkkəb prosesdir. Eukariotlarda RNT-nin transkripsiyadan sonrakı 
ilkin modifikasiyası (dəyişilməsi) prosesi 
prosessinq
adlanmaqla bu 
zaman n-RNT-yə çevrilir, mRNT-nin 
5
1
-ucu (kep) və 3
1
-ucu (poly A) 
ayrılır (ekzonlardan təşkil olunmuş molekullar). Splaysinq mahiyyətcə 
RNT molekulunun yenidən formalaşması prosesindən ibarət olmaqla 
prosessinqin sonuncu mərhələsi hesab olunur. Müxtəlif üsullarla n-RNT-
nin splaysinqi bir-birindən fərqlənən və müxtəlif zülalları kodlaşdıran m-
RNT-ləri formalaşdırmaqla 
alternativ splaysinq
adlanır. Splaysinqin 
dəyişməsi hüceyrələrin ixtisaslaşması ilə əlaqədar olub, DNT-nin eyni bir 
ardıcıllığı, yaxud eyni bir gen müxtəlif zülalların biosintezinə zəmin 
yaradır. 
Genetik koda məxsus olan səciyyəvi xüsusiyyətlər aşağıdakılardan 
ibarətdir: 
1.
Genetik kod universal xarakter daşımaqla materiyanın bütün canlı 
aləminə (insan, flora, fauna növləri, mikroorqanizmlər, ibtidailər
viruslar) məxsusdur, onlar üçün vahiddir, xətti yazılır, ona məxsus olan 
həriflər RNT-nin tərkibindəki nukleotidlərdən ibarətdir və ardıcıllıqları 
DNT-nin nukleotidlərinin ardıcıllığına tamamilə müvafiqdir. 
2.
Genetik kod tripletdir, hər bir amin turşusunun yeri m-RNT-də çox 
ciddidir, məxsusdur, 3 nukleotidlərlə kodlaşır və 1 spesifik kodon əmələ 
gətirir; m-RNT molekulunda hər bir «söz» 3 hərifdən-nukleotiddən 
ibarətdir. 
3.
Hər bir triplet yalnız 1, amin turşusu isə 1-dən 6-ya qədər kodonla 
kodlaşa bilər; müstəsna hal kimi yalnız 2 amin turşusu-metionin (AUQ) 


150 
və triptofan (UQQ) 1 tripletlə kodlaşır və bütün hallarda DNT kodlaşır və 
zülalın ən başlıca xüsusiyyətlərindən biri sayılan 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin