157
zülallar birləşə bilər. Canlı aləmin genomalarının ümumi DNT-sində quruluş və
akseptor genlər 15-98% təşkil edir, onların qalan hissəsi isə
«artıq qalan»
DNT
adalınr və onlar bitkilərin genomunda daha çox olur, eyni nukletoidlərin təkrarən
növbələşməsi ilə səciyyələnir.
Heyvanlarda interferon, qlobulin və immunoqlobulin kimi xüsusi
əhəmiyyətə malik olan zülalların molekullarını kodlaşdıran
quruluş genlərinin
təkrarları
da mövcuddur. Lakin həmin təkrar genlərin bəziləri öz fəaliyyəti
prosesində nukleotidlərin əlavə olunması, yaxud tamamilə itməsi nəticəsində m-
RNT sintez edə bilmir və
«yalançı genlər-psevdogenlər»
adlanır.
DNT-nin
təkrar olunan quruluş genləri arasında r-RNT və n-RNT-nin sintezini
kodlaşdıran genlər daha üstünlük təşkil etməklə onların sayı qurbağanın haploid
genomunda n-RNT-nin 8000, toyuğun genomunda – 100, drozofilin genomunda
isə-130-a
qədərdir.
Eukariotlarda
DNT-nin
tərkibindəki
xromosomun
heteroxromatin hissələrinin sentromerə yaxın sahələrində yerləşən çoxlu sayda
təkrar olunan və satellit DNT adlanan nukleotidlər
bir neçə cüt nukleotidlərin
təkrarından ibarətdir. Hind (dəniz) donuzlarında onlar 6cüt (3 cüt SQ və 3 cüt
TA, AQ və AT), siçanlarda da həmçinin eyni miqdar (5 cüt AT və 1 cüt SQ)
nukleotidən təşkil olunub. Qeyd olunan məlumatlar alimlər tərəfindən
sistemləşdirilərək müasir gen nəzəriyyəsinin əsas müddəaları aşkar edilmişdir
(C.Ə.Nəcəfov və b., 2010):
1.
Hər bir gen xromosomda müəyyən sahəni (lokusu) tutur.
2.
Gen (siston) müəyyən nukleotid ardıcıllığına malik olmaqla, DNT
molekulunun bir hissəsi və irsi məlumatın funksional vahididir.
Müxtəlif
genlərin tərkibinə daxil olan nukleotidlərin sayı ayrı-ayrı genlərdə bir-birindən
fərqli olur.
3.
Gen daxilində rekombinasiyalar (rekonlarda) baş verə bilər.
Dostları ilə paylaş: