Rekon rekombinasiyanın elementar və ən kiçik vahidi olub molekulyar səviyyədə 1 cüt
nukleotidə uyğundur.
Muton isə irsi materialın minimal dəyişilməsi nəticəsində
əlamətin mutant formasının biruzə verməsini göstərir. Rekon və muton üçün
funksional vahid 1 cüt komplementar nukleotid hesab edilir.
4.
Genlər 2 qrupa-quruluş (struktur) və funksional qruplara bölünür.
5.
Quruluş ğenləri zülalların biosintezində bilavasitə iştirak etməsə də onu
kodlaşdırır. DNT üzərində m-RNT sintez olunduğuna görə genin ilk məhsulu
zülal deyil, m-RNT sayılır.
6.
Funksional-requlyator (tənzimləyici) genlər
quruluş genlərinin
fəaliyyətini tənzimləyir və biokimyəvi proseslərin istiqamətini müəyyənləşdirir.
7.
Quruluş genlərində müəyyən nükleotid ardıcıllığından yaranan
tripletlərin, yaxud kodonların yerləşməsi həmin genlə kodlaşdırılan polipeptid
zəncirdəki amin turşuları ardıcıllığına tamamilə uyğun olur.
8.
Genin tərkibinə daxil olan DNT molekulu reparasiya qabiliyyətinə malik
olduğundan genin hər hansı bir zədələnməsi mutasiyaya səbəb olmur.
9.
Genotip diskret xassədir (ayrı-ayrı genlərdən təşkil olunub), lakin bütün
genlər tam dialektik vəhdətdə vahid bir sistem kimi işləyir.
158
10.
Genlərin funksiyalarına həm daxili – endogen (genetik sabitlik-
homeostaz amillər), həm də xarici mühit (ekzogen) amilləri təsir göstərir.