«transpozisiya partlayışı» baş verir. Bu hal hazırda
əsasən məməlilərdə və quşlarda müşahidə olunur. Ali orqanizmlərin genomunda
mövcud olan virus haqqındakı informasiya
endogen viruslar (EV), onları
kodlaşdıran genetik elementlər isə
endogen proviruslar (EP) adlanır. Toyuqların
genomunda 29 lokus mövcud olmaqla, onların heç biri toyuqların genomuna
məxsus olan element hesab edilmir və valideyin hüceyrələri üçün qeyri-patogen
olmasına baxmayaraq, onlar bəzi hallarda kanserogen prosesin başlanma
ehtimalına zəmin yaradır, yaxud da yeni kansorogen virusun formalaşması ilə
nəticələnir.
3.5. Gen nəzəriyyəsinin müasir aspektləri. Müasir elmi-texniki tərəqqinin son üsul və vasitələrinin köməkliyi ilə alimlər
gen nəzəriyyəsinin əsas aspektlərini araşdıraraq bu məsələyə tamamilə yeni
prizmadan baxılması qərarına gəlmişlər. Hazırda irsiyyətin elementar
vahidlərinin müasir tələblər səviyyəsində öyrənilməsi və gen nəzəriyyəsinin
qlobal və prioritet əsaslarının işlənib hazırlanması bütün dünya genetiklərinin
diqqət mərkəzində durur. Genetika elminin banisi Q.Mendel irsiyyətin əsas
vahidinin dominant və resessiv halda mövcud olan, hər hansı bir əlamətin
təzahürünə nəzarət edən bir amil olması qərarına gəlmişdir. T. Morqan isə
irsiyyət vahidi olan genin xromosomun bir hissəsi-lokusu olmasaı və orada
lokalizasiya olunması barədə elmi mülahizələr söyləmişdir.
Lakin müasir bioloqların və genetiklərin fikrincə irsiyyət vahidi olan gen-DNT molekulunun funksional vahidi olmaqla polipeptid zəncirdə kodlaşan amin turşularının ardıcıllığına nəzarət edir və onu tənzimləyir . Genin nukleotidlərin miqdarı və
molekul çəkisi ilə müəyyən olunan ölçü vahidi vardır. Onun spesifik
xüsusiyyətlərə malik olması isə nukleotidlərin sayı və unikal ardıcıllıqla
yerləşməsi nəticəsində təmin olunur və polipeptid zəncirin sintezini kodlaşdıran
gen
quruluş geni adlanır. Quruluş geni operonun tərkib hissəsi olub, akseptor
genlərin həyata keçirdiyi mürəkkəb tənzimləmə sisteminə malikdir. Quruluş geni
1 polipeptid zəncirin biosintezini kodlaşdıran tam diskret vahiddir. Amin
turşularının ardıcıllıq sırasının pozulması (bir nukleotidin başqası ilə əvəz
olunması, itməsi, əlavə olması) quruluş genini ya fəallaşdırır, ya da onun
funksiyasını dəyişdirir. Eukariotlara məxsus olan quruluş genləri