ĠRSĠYYƏT VƏ DƏYĠġKƏNLĠYĠN NÖVLƏRĠ VƏ GENETĠK ASPEKTLƏRĠ «Elmin bütün sahələri vacibdir. Lakin biologiyanı biz birinci yerdə qoymalıyıq, çünki, onun məqsədi həyatın mənasını bilmək və aydınlaşdırmaqdır.» (Aristotel) 4.1. Ġrsiyyətin növləri və genetik aspektləri. Materiyanın canlı aləminin bütün növlərində, o cümlədən kənd təsərrüfatı
heyvanları və quşlarının cinsində, onların ontogenezində irsi dəyişkənliklərin
olduqca böyük rolu vardır. Xarici mühit amillərinin, saxlanma, yemlənmə və
yetişdirmənin heyvanların əlamətlərinin dəyişilməsinə müəyyən təsir
göstərməsinə baxmayaraq, həmin dəyişkənliklərin əsasını
gen təsiri-orqanizmin irsiyyəti təşkil edir.
İrsilik –konkret heyvan və bitki populyasiyalarında ümumi
fenotipik dəyişkənlik daxilində genotipik dəyişkənliyin sayından ibarət olmaqla
irsilik əmsalı (h
2
) ilə müəyyən olunur. Canlılarda nəzərə çarpan bütün müxtəlif
xarakterli irsi xüsusiyyətlər nüvə (xromosom) və nüvədən kənar (sitoplazmatik)
irsiyyət formasında təzahür edir.
Nüvə irsiyyəti – xromosomlardakı genlərlə
müəyyən edilir və onlar orqanizmin bütün mövcud olan əlamətlərinə və
xassələrinə həm təsir göstərir, həm də onların tənzimlənməsini həyata keçirir.
Sitoplazmatik (nüvədən kənar) irsiyyət isə hüceyrədə müəyyən orqanoidin
(mitoxondrilər və s.) xüsusi DNT-si olmaqla ona uyğun genin mövcudluğu ilə
səciyyələnir.
Ġrsiyyətin xromosom nəzəriyyəsinin Ç.Morqan,
gen anlayıĢının Johansen,
mutasiya hadisəsinin isə Hüqo de-Friz tərəfindən genetika elminə
yenilik kimi daxil olmasına baxmayaraq, genin molekulyar səviyyədə quruluşu
və xırda hissəciklərə malik olması elektron mikroskopu, nişanlanmış atomların
tətbiqi və 1944-cü ildə Everi və Ledeberqin irsiyyətin DNT vasitəsilə
keçməsinin kəşfindən sonra mümkün olmuşdur. N.P.Dubininin bakteriya və
viruslar üzərində apardığı təcrübələr də bu məsələnin həllində böyük rol oynadı.
IV FƏSĠL