sistronlar, rekonlar və
mutonlardan ibarətdir. Beləliklə, gen
haqqında müfəssəl məlumatlar toplanmaqla onun ümumi tərifi formalaşmağa
başladı:
«Gen-DNT molekulunun bir hissəsi nəticəsində yaranmış hüceyrə sisteminə daxil olub, ferment və zülalların iştirakı ilə RNT-nin sintezi üçün matrisa yaradan və əlamətlərin formalaşmasına təsir və nəzarət edən, onu tənzimləyən bioloji bir xromosom hissəciyidir». Əlamətlərin yaranması prosesi
bütün canlılarda xüsusi fermentlərin spesifik təsiri nəticəsində yaranır
(sxem 7) :
Fenilalanin Nikotin turĢusu Lakin genin quruluşunda pozulma (mutasiya) baş verdikdə amin turşusunun
sintezi dayanır və zəncir dəyişilir:
Fenilalanin Atrapin turĢusu Serin Triptofan Kinurenin Oksiontronil turĢusu Nikotin turĢusu Sxem 7. Canlılarla fermentlərin spesifik təsir sxemi
(T.M. Turabov, 1997) Ç.Morqan irsiyyətin xromosom nəzəriyyəsini, o cümlədən irsiyyət hadi-
səsinin özünü sitoloji hal hesab edərək, belə qərara gəlmişdir ki, irsiyyətin maddi
əsası (daşıyıcı) məhz hüceyrə nüvəsində yerləşən xromosomlar və onların
üzərində düz xətt boyunca düzülmüş genlərdir:
A B C D E Gen (yunanca-«genos»-doğulmaq-irsiyyət vahidi olub, ilk dəfə bu termini İohansen (1909) təklif etmişdir). Cinsiyyətin irsiliyi və cinsiyyətlə ilişikli
əlamətlərin irsən keçməsi irsiyyətdə xromosom və genlərin rolunu bir daha
təsdiqləyir. İlk dəfə olaraq Jakobo və Mona bəsit orqanizmlərin (bakteriya və
ibtidailərin) xromosomları üzərində yerləşən genlərin fəallıq sistemini kəşf
edərək genləri
3 əsas tipə –